AVCİYA prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb
Tarix: 06.04.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
 AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, aralıq hesabatı 5 fevral - 6 aprel tarixlərini əhatə edib. O deyib ki, təşkilat tərəfindən ictimai-siyasi mühit, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası ilə bağlı monitorinqlər aparılıb: “Monitorinqin keçirildiyi müddətdə - müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil informasiya agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində  9,84%-ni təşkil edib. Müstəqil qəzetlər içərisində “Bakı xəbər” qəzeti (51,67%), müxalifət qəzetlərindən “Yeni Müsavat” qəzeti (50%), iqtidar qəzetlərindən “Azərbaycan” qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıb. APA və "Trend" informasiya agentliklərinin göstəriciləri bərabərdir (50%)”.
M. Zülfüqarlı qeyd edib ki, seçkilərə hazırlıq və seçkinin keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti qənaətbəxşdir: “MSK-nın gördüyü bütün işlər fəaliyyət proqramında göstərilən müddətlərdə, vaxtında həyata keçirilib. Prezidentliyə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası da Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə baş tutub və kənar müdaxilələr olmayıb. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq baş verməyib”.
M. Zülfüqarlının sözlərinə görə, AVCİYA Seçki Qərargahının apardığı monitorinqin nəticələri göstərir ki, 11 aprel prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçki keçirilməsinə tam imkan verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info