Frankfurtda qarışıqlıq hökm sürür, yüzlərlə insan saxlanılıb
Tarix: 03.06.2013 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


“İTAR-TASS” xəbər verir ki, Frankfurtda nümayişçilər bankların artan nüfuzuna, qeyri-effektiv iqtisadi siyasətə və “diktat” Angela Merkelə qarşı çıxırlar.
Artırılmış təhlükəsizlik tədbirləri şəraitində “Blockupy” hərəkatından olan antiqlobalistlər Almaniyanın işgüzar paytaxtı Frankfurt-Maynın küçələrində təntənəli yürüş keçiriblər. Polisdən verilən məlumata görə, 200 nəfərdən 400 nəfərədək fəal saxlanılıb. Təşkilatçılar isə bu rəqəmin 1000 olduğunu iddia edirlər.
Nümayiş iştirakçılarının sayı barədə isə məlumatlar müxtəlifdir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəhərin küçələrində kapitalist sistemin 7 min əleyhdarı toplaşıb, lakin təşkilatçılar bu sayın 20 mindən çox olduğunu deyirlər.
Nümayişlər isə bankların artan nüfuzuna, qeyri-effektiv iqtisadi siyasətə, “diktat” Angela Merkelə qarşı yönəlib. Xəbər verilir ki, aralarında sol radikal qruplaşmaların nümayəndələrinin olduğu fəallar Avropa Mərkəzi Bankının rəhbərlərinin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. Vertolyotlarla havadan dəstək göstərən asayiş keşikçiləri etirazçılar arasında çoxlu qanun pozuntularına yol verənlərin olduğunu deyirlər.
Hazırda isə Frankfurtdan bütün Şimali Reyn-Vestfaliya federal ərazisinə kimi asayiş çəkənlər yürüşü dayandırıblar. Dəstə artıq bir saatdan çoxdur ki, hərəkətsiz vəziyyətdədir. Polis nümayişçilərin “potensial təhlükə predmetləri” olan yandırıcı qarışıqlar və butulkalar, rəngli paketlər və transparantlarla hücumunun davam etdiyini bildirir. Polis bir neçə istiqamətdə nümayişçilərin yürüşünü bölməyə çalışır. Mitinqə çıxanlar öz növbələrində saxlanılan yoldaşlarının buraxılmasını və yürüşə davam etməyə icazə verilməsini tələb edirlər.
Almaniyanın işgüzar paytaxtında vəziyyət ikinci gün də ardıcıl olaraq gərgindir. Cümə günü antiqlobalistlərin aksiyası bütün şəhər üzrə yayılmışdı və nümayişə təxminən 2 min nəfər toplaşmışdı. Nümayişçilər, həmçinin Avropa Mərkəzi Bankının binasını mühasirəyə almaqla da hədə-qorxu gəliblər. Onların fikrincə, həmin bank “şərin təcəssümü”dür və Avropanın cənub ölkələrinin ağır iqtisadi vəziyyətində günahkarlardan biridir.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info