Aleksandr Lukaşenko: ““Əminəm ki, xalq düzgün seçim edəcək“
Tarix: 06.04.2018 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrində, o cümlədən Azərbaycanda seçki kampaniyaları barədə danışıb. Bu mövzu Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirə olunub. Belarus Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan xalqı düzgün seçim edəcək: “Əminəm ki, Azərbaycan xalqı da Rusiya xalqı kimi öz dövlətinin möhkəmlənməsi və çiçəklənməsi naminə düzgün seçim edəcək. Biz bu ölkə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərin inkişafına inanırıq”.
MDB müşahidəçilər missiyasının rolu barədə danışan A.Lukaşenko qeyd edib ki, Belarus hər zaman seçki proseslərində obyektivliyin tərəfdarı kimi çıxış edib:
“MDB xətti ilə seçkilərin müşahidəsi alternativ fikir formalaşdırmağa və öz rəylərini hələ seçkilərdən qabaq verən Qərb ekspertlərinin monopoliyası ilə mübarizə aparmağa imkan verir. Ona görə də biz MDB müşahidəçilərinin bu sahədə aktiv fəaliyyətini dəstəkləyirik”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info