Dövlətçilik ənənələrimizə kölgə salmaq istəyənlərin çirkin əməllərinin qarşısı alınmalıdır
Tarix: 06.04.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Xaricdə məskunlaşmış bir neçə azərbaycanlının ölkəmizin imicinə xələl gətirmək cəhdlərinin qarşısı alınmalıdır.Belə bir bəyanatla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən tədbirdə iştirak edən QHT üzvləri və ictimaiyyət nümayəndələri çıxış ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İctimai Birliyin sədri Zərifə Quliyeva ölkəmizdə gedən sürətli inkişaf proseslərindən danışıb. Bildirib ki, siyasi, sosial, iqtisadi, mədəni sahələrdə, bir sözlə, bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin qüdrətini daha da artırır. Milli inkişaf modelinin uğurla tətbiqi, ardıcıl islahatların həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı yolunda atılan addımlar Azərbaycanın dinamik inkişafını təmin edən amillərdir. Lakin təəssüf ki, xaricdə məskunlaşmış bir neçə azərbaycanlı son vaxtlar təxribatçı əməlləri ilə ölkəmizin beynəlxalq imicinə xələl gətirməyə cəhd edirlər. Azərbaycanın inkişaf etdiyi, gücünün artdığı, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyi bir zamanda belə üzdəniraq soydaşlarımızın səsləndirdikləri etikadan kənar, böhtan xarakterli sözlər onların əsl xislətini göstərir.
“Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, “20 Yanvar” Cəmiyyətinin Nəsimi rayon təşkilatının sədri Tofiq Allahverdiyev Avropanın bəzi ölkələrinə sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq ölkəmiz, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirmələrinin hər bir vətənpərvər azərbaycanlının kəskin narazılığına səbəb olduğunu söyləyiblər.
Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova ölkəmizdə yaradılan sabit, təhlükəsiz mühitdən söz açıb. O, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını həyata keçirilən uğurlu islahatların və tətbiq edilən yeniliklərin təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə hökm sürən sabitlik inkişaf üçün başlıca şərtdir və bu da dövlət siyasətinin prioritetlərindən biridir.
Bakı Dövlət Universitetinin “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri, professor İradə Hüseynova qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Lakin təəssüf ki, xarici ölkələrdə müxtəlif təsirlər altında olan bir neçə məkrli soydaşımız son zamanlar ölkəmizə qarşı çirkin kampaniya aparmağa başlayıblar. Bu da Azərbaycan xalqının ciddi narazılığına gətirib çıxarıb.
Gənc sahibkar Günel Məmmədhəsənova ölkəmizdə yaradılan azad iqtisadi mühitdən danışıb. Vurğulayıb ki, ötən illər ərzində əldə olunan makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsinin məntiqi nəticəsidir.
YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova diqqətə çatdırıb ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın beynəlxalq imicinin və müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Bütün bu uğurlara qara yaxmaq, ölkəmiz əleyhinə təxribatçı əməllərlə məşğul olmaq antimilli fəaliyyətin tərkib hissəsidir və bu fəaliyyət Azərbaycan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənilir.
Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə qeyd edib ki, xarici havadarlarının təsiri altına düşüb dövlətçilik ənənələrimizə kölgə salmaq istəyən bəzi soydaşlarımızın çirkin əməllərinin qarşısı alınmalıdır. Onların məqsədi ölkəmizdə kütləvi narazılıq ovqatı formalaşdırmaq, mövcud sabitliyi pozmaqdır.
Azərbaycan xalqı onların bu məkrli niyyətlərinin həyata keçməsinə imkan verməyəcək. Çünki ortada Azərbaycanın milli maraqları, dövlətimizin mənafeyi, xalqımızın mənəviyyatı məsələsi dayanır. Dövlətçiliyimizin əsaslarına təhlükə yaradan hər nə varsa, ona qarşı çıxmaq Vətənini sevən bütün insanların borcudur.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info