BANM-də Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirilib
Tarix: 06.04.2018 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM), BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbi “Stream 16” və “Stream 17” adlı qruplarının Məzun Gününü qeyd etdi. Uğurlu iştirakçılarını ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbindən bu dəfə 24 müəssisənin 52 mütəxəssisi məzun oldu. Həmin şirkətlərə SOCAR, BP, Paşa Holdinq, Paşa Siğorta, Azneft, SOCAR AQŞ, SOCAR Upstream, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər Halqası, Gilan Tekstil Park, Azerconnect, Atlantic Waste Solutions, AzIn Telekom və digərləri daxildir.
Ali məktəbin kampusunda keçirilən tədbirdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.
Tədbiri öz sözlərilə açan ali məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə ürəkdən təbrik edib, onlara layihə menecmenti üzrə əldə etdikləri bilikləri öz işlərində uğurla tətbiq etməkdə müvəffəqiyyətlər diləyib.
SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Layihə İdarəetmə Məktəbini hazırda yerli mütəxəssislərin ixtisaslarının artırılması istiqamətində ən uğurlu layihə adlandırıb və bu layihənin icrasının yüksək səviyyədə həyata keçirildiyi üçün ali məktəbə təşəkkür edib. Cənab Xalik Məmmədov SOCAR-ın təlim və biliklərin artırılması istiqamətində öz əməkdaşlarını daim dəstəklədiyini bildirərək qeyd edib ki, bu gün proqramı uğurla başa vuranlar arasında 23 nəfər SOCAR-ın müxtəlif müəssisələrindən olan əməkdaşlar vardır.
Tədbirdə həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın Stratex şirkətinin Biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edib və məzunları ürəkdən təbrik ediblər.
Layihə İdarəetmə Məktəbinin məzunlarından olan Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli də tədbirdə çıxış edərək bu proqramın gənc mütəxəssislərin ixtisaslarının artırılması və layihə idarəetməsinin öyrənilməsində əvəzsiz olduğunu və bu məktəbin məzunu olmaqdan sevinc hissi keçirdiyini bildirib.
Daha sonra BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Stratex şirkətinin Biznesin inkişafı üzrə meneceri Ed Hyuez tərəfindən hər bir məzuna ABŞ-ın Corc Vaşinqton universitetinin Magistr sertifikatı və hədiyyələr təqdim edilib.
Təqdimetmə mərasimi bitdikdən tədbirin bədii hissəsi başlayıb. Məzunlar və qonaqlar kommunikasiya üçün bir araya gələrək müzakirələr aparıb, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqda düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. Burada proqramın iştirakçıları Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramı əsasında təlim keçir. Həmin modullara layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, İdarəetmə və kommunikasiya, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info