ATƏT Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb
Tarix: 06.04.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb.
 
Bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.   
"Mən dövlətin rəhbərliyi ilə digər jurnalistlərin məsələsi ilə bağlı əməkdaşlıq etməyə, habelə ölkədə media azadlığı ilə bağlı vəziyyətin inkişaf etdirilməsinə dəstək verməyə   hazıram", - deyə H. Desir qeyd edib.
 
Qeyd edək ki, aprelin 5-də Ali Məhkəmədə Ə. Orucovun kassasiya şikayətinə baxılıb. Məhkəmə Ə. Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib. Ə. Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib. Onun azadlığa buraxılmasına qərar verilib.
 
Xatırladaq ki, Ə. Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə. Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb. Kassasiya şikayəti həmin qərardan verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info