İlham Əliyev: “Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir”
Tarix: 06.04.2018 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Murad Salman: “Azərbaycan adlanan bu cənnət məkanda bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edirlər”

Nəsimi Əbilov: “Multikulturalizm azərbaycanlıların həyat norması olub”


Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub ki, onlardan biri də ölkəmizdə olan dini tolerantlıq, etnik və dini tolerantlığın rəngarəng olmasıdır. Ölkə başçısı deyib ki, etnik və dini müxtəliflik Azərbaycan xalqının sərvətidir. O deyib: “Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik”.
Prezident Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliyin yüksək səviyyəsinin həyata keçirilən real siyasətin nəticəsi olduğunu da vurğulayıb: “Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşamırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çoxsaylı beynəlxalq tədbirlər keçirilib - Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir. Biz bunu bu istiqamətdə uğurlarımızı nümayiş etdirmək üçün deyil, bu müsbət meyillərin möhkəmlənməsi üçün edirik. Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq”.
Vaad L Hatzolas-Amerika Yəhudiləri Təşkilatının Mətbuat katibi Murad Salmanov deyir ki, ölkə başçısının səsləndirdiyi fikirlər kifayət qədər əsaslandırılmış və reallığı əks etdirən məqamlardan ibarətdir: “Prezident doğru vurğulayıb ki, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Azərbaycan dövləti, xalqı bu gün tolerantlıq, multikultural cəmiyyətin inkişafı istiqamətində o qədər surətli işlər görür ki, dünyada bu sahədə inkişaf edən ikinci bir dövləti tapmaq doğrudan da çətindir. Bu gün dünyamız çalxalanan qaynar qazana bənzəyir. Demokratik ölkə kimi təqdim edilən bir çox inkişaf etmiş ölkələrdə multikultural dəyərlər ikinci plana atılır, tolerantlıq artıq arxa fona keçir. Ölkə başçısının da dediyi kimi, Azərbaycanda isə etnik və dini müxtəlifliyə xalqın böyük sərvəti kimi baxırlar. Dəfələrlə olub ki, xarici ölkələrdə səfərdə olanda məndən belə bir tolerant mühitə necə sahib olmağımızı soruşublar. Cavabında deyirəm ki, bir ölkənin rəhbəri necə siyasət yürüdürsə, xalq da o siyasətin ardınca gedəcək. Yəni o xalqın seçdiyi şəxsdir və o da xalqın maraqlarına cavab verən siyasət yürüdəcək. Xalqın isə qanında, genində əsrlərə söykənən tolerantlıq kimi dəyər, sərvət var. Biz Azərbaycanda yaşayan yəhudilərin öz Vətənlərinə necə dəyər verməsinin də şahidi oluruq. Çünki Prezidentin də vurğuladığı kimi, Azərbaycan adlanan bu cənnət məkanda bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edirlər”.
Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilov isə deyir ki, Prezidentin müsahibə zamanı səsləndirdiyi fikirlər hər bir azərbaycanlını qürurlandırmalıdır: “Çünki bu açıqlamalarda böyük həqiqətlər və əksər ölkələrə nümunə olacaq böyük bir ideal cəmiyyətin necə olması ilə bağlı yol göstərilir. Mən bu yaxınlarda ölkə başçısının digər çıxışını da izlədim. O, Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransda bildirdi ki, “Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub”. Bilirsinizmi, bunu niyə qeyd etdim? Çünki bu gün biz Azərbaycanın necə bir tolerant ölkə olması ilə bağlı danışanda, başqa millətlərdən olan qonaqlarımız bizdən soruşurlar ki, bəs niyə ermənilərlə belə münaqişə yaşadınız? Cavabında ölkə başçısının da dediyi fikriləri qeyd edirik və deyirik ki, əslində münaqişəni onlar başladı, Azərbaycanda heç vaxt başqa millətlərlə problem yaşanmayıb. Buyurun, Ermənistana da səfər edin, baxın, onlar necə monoetnik bir cəmiyyət, dövlət yaradıblar. Bu səbəbdən də onlar münaqişə başladıb, oradan azərbaycanlıları qovublar. Amma bütün bu dəhşətlərə baxmayaraq, azərbaycanlıların ideal tolerantığına baxın ki, Azərbaycanda bu gün on minlərlə erməni rahat şəkildə öz yaşamını davam etdirir. Yəni ölkə başçısı həqiqətən də, oxu düz nişan alıb-multikulturalizm azərbaycanlıların həyat norması olub. Bu həyat tərzi bu gün də davam edir. Baxın, İsrail Azərbaycana necə dəyər verir? Heç tolerantlığın bu səviyyəyə çatması ilə bağlı heyrətlənən əcnəbilərə sual vermisinizmi ki, bunu necə izah edə bilərlər? Əlbəttə, onlar iqtisadi əlaqələrimizin güclü olmasını qabardacaqlar. Amma mən deyərdim ki, iqtisadi əlaqələr son 20 ildə güclənibdir. Bəs mənəvi əlaqələr? Yəni düşünmək lazımdır ki, İsrail əsrlərə söykənən Azərbaycan tolerantlığını, burada yaşayan yəhudilərin ən yüksək səviyyədə özlərini rahat hiss etmələrini əsas dəyər kimi götürür... Qısası, ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliyin yüksək səviyyəsi həyata keçirilən real siyasətin nəticəsidir və əminəm ki, bu cür siyasət bundan sonra da davam edəcək”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info