Aprel döyüşləri şanlı qələbəmizdir
Tarix: 07.04.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


193 nömrəli tam orta məktəbdə Aprel zəfərinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəddəratında böyük rol oynayıb. 2016-cı il aprel hadisələrini də Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirsək, yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi əzmkarlıq belə deməyimizə tam əsas verir.
193 nömrəli tam orta məktəbdə aprel döyüşlərinin 2-ci ildönümünə həsr olunmuş "Aprel döyüşləri şanlı qələbəmizdir!" adlı tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 193 nömrəli tam orta məktəbin direktoru Rahim Hüseynov, aprel döyüşlərinin qazisi Anar Məmmədov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, məktəbin müəllim kollektivi, valideyn və şagirdlər iştirak ediblər. Məktəbin hərbi hazırlıq müəllimi Bəylər Eminov tədbiri açıq elan edib, fəxri qonaqları təqdim edib. Daha sonra söz məktəblilərə verilib. Aprel şəhidlərinin əziz xatirəsinə həsr edilmiş, şəhidlərin məzarını ziyarət edən şagirdlərin görüntülərini əks etdirən kiçik videoçarx izlənilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir qəbul imtahanlarında 700 bal toplayaraq ali məktəbə qəbul olmuş və aprel döyüşlərində qəhrəmancasına şəhid olan Müşfiq Orucovun əziz xatirəsinə həsr edilmiş “Unudulmayan xatirələr-bir əsgər həyatı” başlığı altında kiçik həyat hekayəsi - səhnəciklə davam edib. Səhnəciyin sonunda əsgər yoldaşının Müşfiq Orucov haqqında söylədiyi son xatirələri yada salınıb.

“Şəhidlər ürək tacı, ucalıq zirvəsidir”
Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir” adlı bədii kompozisiya ilə aprel döyüşlərində şəhid olan bütün şəhidlər yad edilib. Aprel döyüşləri şanlı qələbəmizdir. Məhz bu qələbə nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi üçün təhlükə aradan qalxıb, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi işğaldan azad olunub, üçrəngli bayrağımız Lələtəpə yüksəkliyində dalğalanır. Artıq bayrağımızın dalğalandığı yüksəkliklərin sayına biri də əlavə olunub. Tədbirin davamında “Cocuq Mərcanlı- Böyük qayıdışın başlanğıcı” adlı səhnəcik nümayiş etdirilib. Bir neçə şagird müəllimin tapşırdığı təqdimatı hazırlayarkən daha çox məlumat toplamaq üçün “Skype” vasitəsilə Cocuq Mərcanlı ilə canlı videobağlantı yaradıb. Cocuq Mərcanlı kəndində yaşayan şagirdlərdən biri Cocuq Mərcanlı kəndi haqqında məlumat verib, bu kəndlə bağlı təəssüratlarını bölüşüb. Səhnəcik “Gün o gün olsun ki, Qarabağ işğaldan azad edilsin və biz böyük Qarabağ haqqında belə təqdimat hazırlayaq” sözləri ilə sona çatıb.
Bu sözləri deyərkən onların gözlərindəki ümid işığı bu anın çox da uzaqda olmadığına inamın, bu sevinci yaşamaq hissinin nə qədər güclü olduğunun göstəricisi idi.
Tezliklə, işğal altında olan digər bölgələrimizin də işğaldan azad olunacağına əminik. Çox yaxın zamanda üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Aprel döyüşləri zamanı həyata keçirilən əməliyyatlar sübut etdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç vaxt barışmayacaq. Düşmən ordumuzun gücü qarşısında aciz qaldı. Həmin günlərdə uşaqdan-böyüyə kimi hamı əsgərlərimizlə həmrəylik nümayiş etdirirdi. Aprel döyüşləri Azərbaycan vətəndaşının vətənpərvərlik ruhunu daha da gücləndirdi. Tədbirdə əsgər geyimində olan şagirdlər hərbi-idman bacarıqlarını nümayış etdiriblər. Bayraq qarşısında diz çökən şagirdlərin bu çıxışı bayrağa ehtiram, Vətənə sevginin qəlblərində neçə böyük yer tutduğunu bir daha göstərib.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rahim Hüseynov qeyd edib ki, aprel döyüşlərinin təbliği ilə bağlı məktəbdə mütəmadi olaraq tədbirlər keçirilir, dərs prosesində də şagirdlərə vətənpərvərlik mövzusunda, xüsusilə aprel döyüşləri ilə bağlı məlumat verilir. Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov aprel döyüşləri barədə tədbir iştirakçılarına məlumat verib. Aprel döyüşlərində ordumuzun şücaətini xüsusi qeyd edən Nəcəf Novruzov şagirdlərin bu tədbirdən ətraflı məlumat əldə edəcəklərinə əminliyini bildirib. O, gənclərin Azərbaycan tarixinin bu şanlı səhifəsi ilə qürur duyduqlarını söyləyib və tədbirin təşkilində iştirak edən müəllim və şagird kollektivinin Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunacağını bildirib. Daha sonra aprel döyüşlərinin qazisi Anar Məmmədov, aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev və digər natiqlər çıxışlarında aprel döyüşlərinin tariximizin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər. Tədbirin yekununda məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna həsr edilmiş şeir və mahnılar səsləndirilib. Sinif rəhbəri Günay Hüseynzadə bu tədbiri təşkil etmək təşəbbüsünün şagirdlər tərəfindən irəli sürüldüyünü və qürur hissi ilə onlara dəstək olduğunu bildirib. Tədbirin sonunda məktəb direktoru Rahim Hüseynov təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Babayevaya, sinif rəhbəri və 8b sinfinə maraqlı tədbir təşkil etdiyinə görə minnətdarlığını bildirib. Sonda məktəbin bir qrup şagirdi Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 193 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş “Azərbaycana səyahət” adlı tədbirdə fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif olunublar.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info