“Ermənistan heç vaxt 4 milyon əhalisi olan bir dövlət ola bilməyəcək”
Tarix: 07.04.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Ararat Mirzoyan:
“Bu gün Ermənistanın iqtisadiyyatı dağılmağa doğru gedir, əhali isə ölkədən qaçmaqda davam edir”

İngilis filosofu Frensis Bekonun belə bir deyimi var: “Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır”. Tarixə subyektiv, bu günün siyasi münasibətləri kontekstindən yanaşılması həmişə problemlərin yaranmasına səbəb olub.
Təbii ki, biz artıq erməni xalqınnın yalanlarına öyrəncəli olmuşuq. Yəni, doğrudanmı, bu millətin nümayəndələri arasında doğru danışan yoxdur? Öz xalqını yalan vədlərlə aldadan erməni dövlət başçısı da dediklərimizdən xali deyil.
Beləliklə, bir neçə gün bundan əvvəl, yaxın ətrafı ilə yığıncaq keçirən Ermənistan prezidenti Serj Sərkisyan "Ermənistanın 2030-cu ildəki inkişaf strategiyası" sənədinin yenidən işlənmiş versiyasının müzakirəsini keçirib. Yığıncaqda Sərkisyan Ermənistanda sabit və hərtərəfli iqtisadi artımı təmin etməyin vacibliyini bildirib. O, eyni zamanda 2040-cı ilə qədər Ermənistan əhalisini 4 milyona çatdırmaq üçün müvəqqəti hədəf göstəricinin 2030-cu ilə qədər həyata keçirməyə nail olmağın vacibliyini bildirib. “Bunun üçün biz 2030-cu ilə qədər yüksək maaşla təmin edilmiş bir neçə yüz min iş yerini yaratmağı öhdəlik kimi götürməliyik. Proqramda, həmçinin gənclərin işsizlik səviyyəsinin azaldılması məsələsinə də yer verilməlidir”-deyə Sərkisyan bildirmişdi. Ermənistanın qarşıdakı illərdə daha 5 faizlik iqtisadi tərəqqiyə nail ola biləcəklərinə ümid edən erməni prezident bunun vacibliyi ilə yanaşı, ölkə vətəndaşlarından da dəstək gözlədiyini bildirib.
Təbii ki, Sərkisyanın yığıncaqda söylədikləri birmənalı qarşılanmayıb. Belə ki, erməni prezidentin dediklərinə ilk reaksiya "Elk" blokunun parlament fraksiyasının müavini Ararat Mirzoyandan gəlib.
Serj Sərkisyanın Ermənistan əhalisinin 2040-cı ilə qədər 4 milyona qədər artacağını və "Ermənistanın 2030-cu ildəki inkişaf strategiyasını" necə qiymətləndirdiyini deputat “Birinci informasiya” saytına bildirib: "Mən Serj Sərkisyanın təkcə bu bəyanatına yox, eləcə də bundan əvvəl verdiyi bütün bəyanatlara eyni cür yanaşıram. Yəni Sərkisyan heç bir şeyin olmayacağını əvvəlcədən bildiyinə görə, verdiyi vədlər də boş xülyadan başqa, bir şey deyil. Mən, Sərkisyanın xalqa verdiyi yalan vədlərin səmimiliyinə və bu vədləri yerinə yetirmək istəyinə inanmıram. Onlar - həm Sərkisyan, həm də onun təmsil etdiyi partiya, sadəcə olaraq, mifoloji arzuları ilə heç bir şey edə bilməzlər. Nə qədər ki, Sərkisyan və Respublikaçılar Partiyası ölkəni idarə edir, Ermənistan heç vaxt 4 milyon əhalisi olan bir dövlət ola bilməyəcək. Əksinə, bu gün Ermənistanın iqtisadiyyatı dağılmağa doğru gedir, əhali isə ölkədən qaçmaqda davam edir».
Ağasəf Babayev.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info