Diaspor və ictimai təşkilatlar xaricdəki qarayaxma kampaniyasını pislədilər
Tarix: 07.04.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Ötən gün AMEA Mərkəzi Elmi Kitabxanasında diaspor üzvləri ilə “Skype-call” görüşü olub. Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, AMEA Yüksək Texnologiyalar Parkı və Diaspor Jurnalistləri Birliyinin dəstəyi ilə könüllü olaraq keçirilib. Paytaxt və regionlarda fəaliyyət göstərən 25-ə yaxın QHT-rəhbərinin, eləcə də diaspor üzvlərinin iştirak etdiyi konfransda diaspor təşkilatlarının sosial şəbəkələrdə dövlətçiliyə qarşı aparılan qara kampaniyalara cavab tədbirlərinin görülməsindən danışılıb.
Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf qeyd edib ki, Azərbaycan dövlətinin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı vətəndaş cəmiyyəti öz mövqeyini nümayiş erdirməlidir.
Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara Almaniya, Hollandiya, Fransa, Rusiya və ABŞ-dan qoşulan virtual qonaqlar haqqında danışıb. O bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə vətənpərvər soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşərək dövlətçiliyin əleyhinə olanlardan gözlənilən təhlükələrin qarşısının alınması üçün aktiv güc birliyi ortaya qoymalıdırlar.
Millət vəkili Adil Əliyev qeyd edib ki, xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadırlar: “Sosial şəbəkələrin söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu, təhlükəsizlik probleminə çevrilir. Ona görə də təbliğat işi daha da gücləndirilməlidir”.
Daha sonra diaspor üzvləri ilə “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova xain qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan bu addımlarının sifarişli olduğunu deyib.
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, xaricdə vətənini layiqincə təmsil edənlər bu qarayaxma kampaniyasını birmənalı şəkildə rədd edirlər: “Onların bir çoxu Almaniyada oturum almaq üçün bu qarayaxma kampaniyasını aparır. Bununla bağlı Almaniyanın aidiyyəti qurumlarına müraciət edəcəyik”.
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Avropadakı soydaşlarımızı Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya etirazını bildirməyə çağırıb.
Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov ölkəmizlə bağlı sosial şəbəkələrdə yalan məlumatların yayılmasını pisləyib və soydaşlarımızı virtual həmrəyliyə səsləyib.
Almaniyadakı Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin rəhbəri Ufuk Kamal bu qaragüruhçuların Kölndə yaratdıqları təxribatlarla bağlı yerli polisə müraciət edəcəyini deyib.
Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev deyib ki, ölkəmizlə bağlı sosial şəbəkələrdə böhtan xarakterli xəbər və videolar yayanlar ifşa olunmalıdır.
Tədbirdə iştirak edən Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva bildirib ki, harada yaşasaq da, obyektiv səbəbləri göstərərək Azərbaycanın imicini qoruyub saxlamaq ən əsas öhdəliyimiz olmalıdır.
“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin Direktoru Toğrul Allahverdili, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk, Diaspor Jurnalistləri Birliyinin Baş katibi Siyavuş Əmirli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, Gənclərin Həmrəyliyi İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, iqtisadçı ekspert İndira Şəmsivari, "Vəfa" Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Lalə Mehdiyeva və digərləri də çıxış edərək sosial şəbəkələrdə Azərbaycan dövlətinin imicini ləkələməyə çalışanlara qarşı aktiv olmağa çağırıblar. Çıxışlarda qeyd olunub ki, Avropanın müxtəlif şəhərlərində oturub, sosial şəbəkələrdə təhqir kampaniyası aparanların heç birinin siyasi çəkisi yoxdur. Bildirilib ki, nə vətəndə, nə də xaricdə özlərinə yer tapa bilməyən bu mövqesiz insanların bacardıqları söyüş söymək və sosial şəbəkələrdə əsasız məlumatlar yaymaqdır. Çıxışlarda, həmçinin soydaşlarımıza 11 aprel prezident seçkilərində fəallıq göstərməyə çağırış edilib.
Tədbirdə diaspor və ictimai təşkilatların Əməkdaşlıq Platformasının yaradılması təklif olunub.
Əkbər




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info