“Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi iqtisadi çətinliyi olmayan ölkədir”
Tarix: 07.04.2018 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə ölkənin iqtisadi inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bildirib. Ölkə başçısı qeyd edib ki, bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır:
“Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub”.
Millət vəkili Tahir Rzayev bildirib ki, son 15 il ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib və bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb: “Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı Dövlət Proqramları həyata keçirilib”. Millət vəkilinin sözlərinə görə, bu Dövlət Proqramlarında nəzərdə tutulanların hamısı yerinə yetirilib: "Bu gün əldə etdiyimiz iqtisadi inkişaf ölkədə həyata keçirilən islahatların nəticəsidir. Azərbaycan sosial iqtisadi və mədəni cəhətdən inkişaf edib. Azərbaycan iqtisadiyyatının yüksək dərəcədə şaxələndirilməsinə nail olunub, yüz minlərlə yeni iş yeri yaradılıb. Rayonlarda işsizlik problemi həll edilib və ölkəmizdə işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsidir. Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edir və bir neçə beynəlxalq layihələrə imza atıb. Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər öz həllini tapıb. Son 15 ildə ölkəmizdə 30-dan çox elektrik stansiyası istifadəyə verilib və Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və elə bir ucqar rayon yoxdur ki, ora qaz infrastrukturu ilə təmin olmasın. Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatı, aqrar sahə inkişaf edib və hər il 100 min hektardan çox suvarılan torpaq istifadəyə verilib. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info