Mingəçevirdə aprel şəhidlərinin xatirəsi anılıb
Tarix: 07.04.2018 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Bu günlərdə Mingəçevirdə aprel şəhidləri Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımovla bağlı anım mərasimləri keçirilir, onların xatirəsi ehtiramla yad edilir.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” mövzusunda keçirilən mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə həsr olunan slaydlar nümayiş etdirilib.
Mərasimdə çıxış edən məktəbin direktoru Anar İsmayılov aprel döyüşlərinin Azərbaycan Ordusunun yüksək vətənpərvərlik ruhunu əks etdirdiyini bildirib. “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir”, - deyə Anar İsmayılov vurğulayıb.
Tədbirdə şagirdlərin ifasında şəhidlərin döyüş yolundan bəhs edən səhnəciklər nümayiş olunub, şeirlər söylənilib.
Mingəçevirdən olan tankçı şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva deyib: “Məktəblilərin bu cür tədbirlərini izlədikcə, o günləri bir daha yaşayırıq. Mən bütün müəllim və şagird kollektivinə minnətdarlıq edirəm. Bu tədbirdə şagirdlərin timsalında 3 övladımı gördüm, onların çəkdikləri ağrı-acını bu şagirdlər bir daha canlandırdılar”.
Şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov şəhidlərin qanının heç vaxt yerdə qalmayacağına və düşmənlərdən onların qisasının tezliklə alınacağına əmin olduğunu deyib.
Qeyd edək ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin "2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı"na uyğun olaraq şəhərin bütün ümumtəhsil müəssisələrində aprel döyüşlərinə həsr olunan tədbirlər keçirilib.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Lənkəran-Lerik yolunun yenidən qurulması davam etdirilir
20.06.2019
Ucqar dağ kəndində yeni məktəb binası tikilir
20.06.2019
Şamaxı RİH: Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir
20.06.2019
Qeyri-neft ixracı bu il 17,8 faiz artıb
20.06.2019
Gömrük nəzarətinə bəyan edilməyən müxtəlif məhsullar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info