“Vətən çağırır” layihəsi başa çatıb
Tarix: 09.04.2018 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Vətən çağırır” layihəsi başa çatıb. Layihənin əsas məqsədi gənclər arasında multikultural və tolerantlıq dəyərlərinin təbliği, onlara vətənpərvərlik ruhunun aşılanması olub. Layihə çərçivəsində Zaqatalada saxur, İsmayıllıda lahıc, Qəbələdə udin, Qusarda ləzgi və Lənkəranda talış etnik qruplarının nümayəndələrinin iştirakı ilə çəkilişlər reallaşdırılıb. Aprel döyüşləri şəhidlərinə ithaf olunan sənədli film vasitəsilə cəmiyyətə ötürülən mesaj – “fərqli din, fərqli dil və mədəniyyətlərə sahib olsaq da bizi birləşdirən dəyər Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın üç rəngli bayrağı altında birləşməyimizdir” olub. Geniş kütləyə mesajın ötürülməsi, təbliğatın geniş miqyas alması, layihənin davamlılığı və təsir gücünün yüksək olması üçün sosial şəbəkələr vasitəsilə sənədli film sosial şəbəkələr vasitəsilə də yayımlanıb.
Təqdimat zamanı “Vətən çağırır” sənədli filmi nümayiş olunub. Filmin rejissoru Cavanşir Eladisoy, operatoru Taleh Valehovdur.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info