“Sovet İttifaqı dövründə minlərlə vyetnamlı Azərbaycanın ali təhsil ocaqlarında oxuyub”
Tarix: 09.04.2018 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Vyetnamın Xo Şi Min şəhərindəki Honq Banq Beynəlxalq Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar mühazirə təşkil edilib.
Azərbaycanın Vyetnamdakı səfirliyindən bildiriblər ki, universitetin professor və müəllim heyətinin, tələbələrin iştirak etdikləri mühazirədə səfir Anar İmanov AXC-nin yaradılması, tarixi, xalqımızın dövlətçilik ənənələrinin bərpasında rolu barədə danışıb. O, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.
Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində gördüyü işlərdən danışan səfir, AXC-nin bir çox Avropa ölkəsindən öncə qadınlara seçki hüququnu tanıdığını bildirib.
Səfir A.İmanov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin məntiqi yekunu idi. AXC-nin öz dövlət atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar haqqında tədbir iştirakçılarına məlumat verən diplomat bildirib ki, cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub.
Səfir A.İmanov Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan tarixinə böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu xüsusi vurğulayaraq, xalqımızın tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradaraq AXC-nin ideallarını davam etdirir.
Diplomat müasir Azərbaycan dövlətinin qurulması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyat yolu və fəaliyyəti barədə də ətraflı məlumat verib.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas təhdidlərdən birinin erməni terrorçuluğu və separatçılığı olduğunu bildirən A.İmanov, ötən əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdikləri etnik təmizləmə barədə danışaraq, həmin təhdidlərin müasir dövrdə də mövcud olduğunu diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək deyib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, bununla onların bütün fundamental insan hüquq və azadlıqları pozulub. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mötəbər təşkilatların qəbul etdiyi mühüm qərar və qətnamələrin tələblərini yerinə yetirmir.
Mühazirə zamanı Azərbaycan-Vyetnam əlaqələrindən danışan səfir, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri əsasında müasir dövrdə ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Əlaqələrimizin yüksək səviyyədə olmasının bariz təzahürü olan dövlət başçılarının qarşılıqlı səfərləri həm də ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirməklə, münasibətlərimizin tarixində yeni səhifə açıb.
Səfir təhsil sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, Sovet İttifaqı dövründə minlərlə vyetnamlının Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu söyləyib.
Mühazirə zamanı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı foto və video materiallar nümayiş etdirilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 13 min tələbəsi olan Honq Banq Beynəlxalq Universiteti Vyetnamda beynəlxalq münasibətlər sahəsində mütəxəssislər hazırlayan əsas təhsil ocaqlarından biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info