Belarus azərbaycanlıları: “…Onları yenidən yanılmadan doğru seçim etməyə çağırırıq”
Tarix: 09.04.2018 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Belarus azərbaycanlıları xaricdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə bağlı etirazını bildiriblər. Belarusun Azərbaycan İcmaları Konqresi bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Belarus Respublikasında yaşayan Azərbaycan icmasını azərbaycançılıq ideologiyası, ana dilimizə, mədəniyyətimizə, dinimizə, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə məhəbbət birləşdirir: “Azərbaycan xalqının ən ağrılı dərdi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bizi hələ də narahat etməkdə davam edir. Biz Azərbaycan dövlətinin bütün imkanlardan istifadə edərək bu münaqişənin sülh yolu ilə həll olunmasına nail olacağına ümid bəsləyərək yaşayırıq və bu istiqamətdə üzərimizə düşən hər bir öhdəliyi vicdanla yerinə yetirməyə çalışırıq.
Bu gün biz haqq səsimizi dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olan, azərbaycanı ürəkdən sevən, ona bütün mənəviyyatı ilə bağlı olan bir diaspora çevrilmişik. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir”.
Sənəddə qeyd olunur ki, Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında dolğun informasiya formalaşdırmışdır: “Lakin bu imicə xələl gətirməyə çalışan bəzi soydaşlarımız fərqində deyillər ki, düşünülməmiş addımları ilə şübhəli çağırışlara cavab verərək Vətənimizin gələcək taleyini, beynəlxalq imicini nə dərəcədə şübhə altına almış olurlar. Biz, 11 aprel tarixində Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə - onları yenidən yanılmadan doğru seçim etməyə çağırırıq. Ulu öndər Heydər Əliyevin bu kəlamları bizim hər birimiz üçün nümunədir: "İndi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətimin dövləti, mənim millətim, ölkəm vardır. Belarus Respublikasında yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində mənim yerim vardır. Biz öz Azərbaycanımızla fəxr etməliyik!”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info