ƏƏSMN: “43,7 mindən çox müraciət cavablandırılıb”
Tarix: 09.04.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 12 081 müraciət daxil olub.
Əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta münasibətləri sahələrində fəaliyyət göstərən avtomatlaşdırılmış sistemlər həmin sahələr üzrə əhaliyə dövlət xidmətlərinin məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Bu da müsbət nəticələrdən biri kimi, nazirliyə ünvanlanan, eyni zamanda,“Çağrı mərkəzləri” vasitəsilə daxil olan vətəndaş müraciətlərində aidiyyəti sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının minimuma enməsi, daxil olan müraciətlərin böyük əksəriyyətinin sorğu xarakteri daşıması ilə müşahidə olunur.
Ötən ay vətəndaşların 142 və 190-“Çağrı mərkəzləri” vasitəsilə etdikləri müraciətlərin də 96,2 faizi sorğu xarakterli olub. Bu müraciətlərlə bağlı nazirliyin mütəxəssisləri vətəndaşların öyrənmək istədikləri məsələlərə dair onlara hüquqi izahatlar veriblər.
Eyni zamanda, nazirliyin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir. Həmin e-xidmətlərə ictimai marağın getdikcə artmasının göstəricisi kimi, son bir ayda “Çağrı mərkəzləri”nə daxil olan sorğu xarakterli müraciətlərin bir hissəsi də elektron xidmətlərdən istifadə prosedurlarına aid olub. Belə sorğulara cavab olaraq da vətəndaşların məlumatlandırılması təmin edilib.
Vətəndaşların məlumatlandırılması məqsədilə mart ayı ərzində onlara 42 059 SMS göndərilib.
Sorğu məzmunu daşımayan digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.
Ümumilikdə cari ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 43 740 müraciət cavablandırılıb

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info