Brüsseldə azərbaycanlılar həmrəylik aksiyası keçiriblər
Tarix: 09.04.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azərbaycanlıların həmrəylik aksiyası keçirilib.
Azərtac xəbər verir ki, aksiyada iştirak edən soydaşlarımız Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, xalqımızın və dövlətimizin mənafeləri qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənən fəaliyyətini pisləyib. Bir qrup vətənpərvərlik hislərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.
Daha sonra aksiya iştirakçıları Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun olaraq seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info