Ağır atletika yığma komandası üçün üzgüçülük kompleksi istifadəyə verilib
Tarix: 09.04.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan ağır atletika yığma komandasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində üzgüçülük kompleksi istifadəyə verilib. Bu, idmançıların ixtiyarına verilən daha bir hazırlıq məkanıdır.
Ağır Atletika Federasiyasından (AAAF)  bildiriblər ki, yığma komandanın beynəlxalq yarışlara hazırlığı üçün ən optimal şəraitin qurulması məqsədilə tikilən bu kompleksdə atletlər daha effektiv bərpa prosesi keçə biləcək. Onlar məkanın digər imkanlarından yararlanaraq məşqlərdə daha effektiv nəticə qazanacaqlar.
Üzgüçülük kompleksinin açılışında Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, Federasiyanın rəhbər heyəti, həmçinin AAAF Park Yaşayış Kompleksi və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər.
Müasir standartlara uyğun üzgüçülük kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5–1,7 metr olan altı sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Kompleksdə üç sadə və iki VIP olmaqla beş masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, üç VIP otaq da xidmətə açıqdır. Kompleksdə, həmçinin iyirmi nəfərin eyni zamanda məşğul ola biləcəyi fitnes mərkəzi də var. Ən müasir avadanlıqla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.
AAAF-ın birinci vitse-rezidenti Tofiq Heydərov, “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru və federasiyanın baş katibi Rizvan Rəsulov çıxış edərək Azərbaycanda idmançılara göstərilən qayğı və yaradılan şəraitdən danışıblar
Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əzimova idmançıların uğurlar qazanmaları üçün bütün imkanlara malik olduqlarını qeyd edib.
Mərasim bədii hissə ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info