“Qoy milli dönüklər unutmasınlar ki, xəyanətkara qarşı ictimai qınaq və xalqın qəzəbi olduqca amansız olur”
Tarix: 09.04.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


"Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar multikulturalizmin alternativi olan xarici islamofob, ksenofob siyasi dairələr və onların qulbeçələri olan antimilli ünsürlərdir".
Bu barədə Trend-ə millət vəkili Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamanı və s.) ifrat dərəcədə fəallaşır və öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz edirlər:
"Onlar ölkəmiz mühüm siyasi hadisə - prezident seçkiləri ərəfəsində olduğu bir reallıqda saxta “vətənpərvərlik”lə qılaflanmış “don”larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirirlər. Leksikonları isə mənəvi-əxlaqi dəyərlərimizə, mənəviyyatımıza və milli kimliyimizə büsbütün yad olan təhqir və söyüşə əsaslanır. Siyasi leksikona “söyüş diplomatiyası” kimi üzdəniraq “məfhum” gətirmələri ilə öyünən Vidadi İsgəndərli, Orduxan Teymurxan kimi milli dönük və xəyanətkarlar öz ağalarının diktəsi ilə ilk növbədə ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevi hədəfə alıblar. “Sapı özümüzdən olan baltalar” ölkəmizi xaos və anarxiya məngənəsində çabalayan vəziyyətdə görmək istədikləri halda, Azərbaycan son 15 il ərzində məhz cənab Prezidentin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində sabitlik və təhlükəszilik adasına çevrilib. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir".
Millət vəkili əlavə edib ki, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyil:
"Bu reallıqdan yuxularına haram qatılan, əxlaqsızlıq və şərəfsizliyi öz xəyanətkar xislətlərinin “məhək daşı”na çevirən milli dönüklər, eyni zamanda, Prezidentin ən yaxın silahdaşlarına qarşı tənqid deyil, təhqir və söyüş üzərində qurulmuş bir qarayaxma kampaniyasını da həyata keçirməkdədirlər. Həmişə olduğu kimi, indi də bu “siyasi parazit”lərin arzuları gözlərində qalacaq. Xalqın gözü tərəzidir. Qoy milli dönüklər unutmasınlar ki, xəyanatkarlara hətta onlardan istifadə edənlər də nifrət edir və məqsədlərinə çatdıqdan sonra, yumşaq desək, işlədilmiş əlcək kimi kənara tullayırlar. Bu məqamda ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın fikirlərinə də istinad yerinə düşər: "Ən qədim peşənin sahibləri bir halda fiziki deyil, mənəvi məmnunluq hissi yaşayırlar. Bu da vətəninə xəyanət etmiş birisinə “xidmət”dən imtina etdikdə yaşanan hissdir. Bu halda daşıdığı peşə belə xəyanətkarlığın fövqündə dayanır”. Qoy milli dönüklər unutmasınlar ki, xalqımız onların hansı “havanı oynadıqlarını”, hansı sifarişləri yerinə yetirdiklərini çox gözəl dərk edir. Bu günlərdə “sapı özümüzdən olan balatalar”dan biri olan Vidadi İsgəndərlinin doğulduğu Göyçayın Məlikkənd kəndinin sakinləri ilə görüşümüz zamanı onların səsləndirdiyi fikirlər bu inamimizi daha da möhkəmləndirdi. Kənd sakinləri birmənalı şəkildə vurğuladılar ki, əvvəla, Vidadi İsgəndərlinin Göyçay camaatı adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Prezidentimizə qarşı təhqiri biz göyçaylılar özümüzə qarşı və hər bir azərbaycanlıya qarşı təhqir hesab edirik. İkincisi, atasının qəbrinin təhqir edilməsi ilə bağlı iddiaları yalan və iftiradan başqa bir şey deyil. Eyni zamanda, kənd sakinləri bizə gileyləndilər ki, Vidadi İsgəndərlinin atasının qəbrini illərdir ki ot-ələf basıb. Atasının qəbrindən siyasi məqsədlər üçün istifadə edib mərhumun ruhunu narahat etməkdənsə, İsgəndərli heç olmasa 5 ildən bir gəlib İsgəndər kişinin məzarının ətrafını otdan, alaqdan təmizləsin, kənd mollasına bir "Yasin" oxutdursun.
E.Nəsirov qeyd edib ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə Göyçay qəzasının məhz Məlikkənd kəndindən deputat seçildiyini qeyd etməklə qürur duyduqlarını vurğulayan kənd sakinləri Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini və onun alternativi olmadığını da fəxrlə bildiriblər:
"Həm də qeyd etdilər ki, Vidadi və onun kimilərin Göycay əhalsinin adından danışmağa heç bir haqqı və səlahiyyəti yoxdur. Eyni zamanda, boyük təəssüf hissi ilə bildirdilər ki, Vidadi də, Orduxan da və onlar kimi milli xəyanət yolunu seçmiş digər dönüklər də Azərbaycan xalqının çörəyini yeyib, suyunu içib, havasını udub erməni dığalarına nökərlik edirlər. Əks halda necə ola bilər ki, Cəbrayıl rayonunda göz açmış Orduxan indi arvadının vətəni olan Niderlanddan milli şərəf hissini itirərək bütün dünyaya car çəkir ki, ermənilər işğal altında olan Cəbrayılda bir dənə də olsun tarixi-mədəni abidəmizi, o cümlədən qəbirlərimizi dağıtmayıblar. Zənnimizcə, bu satqın mövqeyindən sonra Orduxanın xarici erməni diaspor və lobbi mərkəzlərinin əlində oyuncaq-alət olduğunu xüsusi olaraq isbat etməyə heç bir lüzum qalmır. Eyni zamanda, onun Cəbrayıl camaatının adından vəkillik etməyə heç bir haqqı yoxdur. O, satıldığı andan bu haqqı omürlük itirib.
Deputat vurğulayıb ki, burada daha bir maraqlı məqam diqqətdən yayınmır: "Belə ki, Oorduxanın ermənilərin “qəbir humanizmi” ilə bağlı söylədiyi xəyanətkar mövqeyinin ardınca Vidadi İsgəndərlinin “qəbir avantürası” ortaya çıxır. Hadisələrin baş verməsində müşahidə olunan ardıcıllıq və sinxronluq təsadüfi sayılmamalıdır. Deməli, eyni ermənipərəst mərkəzlər millətinə dönük çıxmış ən azı bu iki məxluqun dili ilə bir tərəfdən ermənilərin “mədəni”, “sivil” xalq, digər tərəfdən isə azərbaycanlıların “vəhşi”, “vandal” xalq olduqlarını beynəlxalq ictimai fikrə sırımaq istəyirlər. Son niyyətləri isə odur ki, bütün bunları nəzərə alıb ermənilərlə azərbaycanlıların etnik uygunsuzluğu ilə bağlı irqçi, faşist mövqelərinə haqq qazandırsınlar. Kimlərdən istifadə etməklə? Cavabını bilirsiniz…"
E.Nəsirov əlavə edib: "Sonda bu qeyd etdiyim fikirlərin altından qırmızı xətt çəkərək bildirirəm: qoy milli dönüklər unutmasınlar ki, xəyanətkara qarşı ictimai qınaq və xalqın qəzəbi olduqca amansız olur. İndi söyləyəcəyim bir hadisə bu gün Avropada ermənilərə nökərlik edərək xalqına, millətinə, vətəninə, bayrağına və prezidentinə qarşı bağışlanmaz xəyanət yolunu seçmiş dönüklərə bir ibrət dərsi olsun. Nə qədər ki, gec deyil, sabahlarını düşünsünlər. Beləliklə, keçən əsrin 30-cu illərində baş vermiş müdhiş hadisədir. Bir gün 25 illilk həbs cəzasını çəkdikdən sonra bir kənd sakini yurduna qayıdır. Kəndin sanki onun donüşündən xəbəri yoxdur. Heç kim həmkəndlisini azadlığa çıxması münasibətilə təbrik etmək, gözaydınlığı vermək üçün evinin kandarına belə ayaq basmır. Camaatın bu laqeydliyinə bir neçə gün dözə bilən həmin şəxs bir gün əhalinin əsas istirahət etdiyi yerə - kənd çayxanasına üz tutur. Üzləşdiyi vəziyyət onu daha da sarsıdır. Kənd camaatı onun çayxanaya daxil olduğunu gördükdə nümayişkaranə surətdə oranı tərk etməyə başlayır. Yalquzaq kimi tək qalan həmin şəxs kənddə hüzr yerinə gedərkən də eyni aqibəti yaşamalı olur. Kor-peşman evinə qayıdan həmkəndlilərinin üzücü qınağına tab gətirməyib evində keçinir. Onun əsl müsibəti isə əslində bundan sonra başlanır. Nəinki onun dəfninə heç bir kəndlisi gəlmir, hətta qəbiristanlığa aparıb dəfn etmək üçün bir kimsə tapılmır. Bunu görən kənd ağsaqqalları çarəsiz qalıb qonşu kənddən kömək istəyirlər. Tamamilə yad insanlar onu çiyinlərinə alıb qəbiristanlığa aparırlar. Qəbirstanlığa daxil olduqda olduqca müdhiş bir səhnənin şahidi olurlar. Bütün kənd əhalisi bir nəfər kimi qəbirstanlıqda idi. Onlar mərhumun onun ölüsünün yanında dəfn olunmasına imkan verməmək üçün qəbiristanlığa toplaşmışdılar. Bax budur ictimai qınağın gücü.
Bəs nə səbəbdən həmkəndlisinə qarşı kənd əhalisi bu qədər qəzəbli olmuşdu? Məlum olur ki, həmkəndlilərinin amansız qəzəbinə tuş gələn bu şəxs törətdiyi bağışlanmaz cinayətə - xəyanətə görə belə cəzalandırılıb. Belə ki, o, kəndlərini gecələr sərhədyanı ölkədən gələn quldur-qaçaqmalçılardan qoruyan iki gənc (subay) milis (polis) nəfərini atlarını ələ keçirib satmaq məqsədilə xəyanətkarcasına (gündüz yatdıqları vaxt) öldürdüyünə görə camaatın qəzəbinə tuş gəlib. Nəinki diriykən, hətta öldükdən sonra da ictimai qınaqın qəzəbindən qurtula bilməyib. Ey milli dönüklər, ictimai qınaq yaman olur!"




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info