Ermənistan mənşəli spirtli içki və tütün məmulatlarının ölkəyə gətirilməsinin qarşısı alınıb
Tarix: 03.06.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Gürcüstan və Rusiya istiqamətindən Azərbaycana gətirilməsinə cəhd göstərilən xeyli miqdarda Ermənistan mənşəli konyak, araq, siqaret və qəhvə məmulatlarını aşkar ediblər.
Komitənin Mətbuat xidmətindən verilən məlumata görə, DGK-nin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müasir avadanlıqlardan istifadə edilməklə aparılmış laborator müayinə nəticəsində tədqiqata təqdim olunmuş, istehsalı texnoloji qaydaların pozulması ilə həyata keçirilmiş bu məhsulların saxta, istehlak üçün yararsız, tərkibində insan orqanizmi üçün təhlükəli və hətta zəhərli maddələrin olması müəyyənləşdirilib. Xatırladaq ki, gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının və mənafeyinin müdafiəsi məqsədilə onların sağlamlığı üçün ciddi təhlükə doğuran bu cür məhsullar mütəmadi olaraq məhv edilir. Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, həcmindən asılı olmayaraq bu cür məhsulların ölkəyə gətirilməsi yolverilməzdir və bunun qarşısı qətiyyətlə alınacaq.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info