Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib
Tarix: 09.04.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak edib.
Ölkəmizin nümunəvi dövlət-din modelindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı bildirib ki, müstəqilliyimizi əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də sürətli inkişafa nail olunub, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirilib. Sədrin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir. Dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə bir sıra məscid, kilsə, sinaqoqlar tikilib və bərpa olunub, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.
Yeni qeydiyyatdan keçən dini icma rəhbərlərinə tövsiyələrini verən Səyyad Salahlı cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirməyin önəminə toxunub. İcma sədrlərini tarixi irsimizin mühüm hissəsi olan dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra 3-ü qeyri-islam dini icması olmaqla 15 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.
Masallı şəhəri “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə dindarlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Mirqabil Hüseynov yeni qeydiyyatni əsas tutacaqlarını və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında fəal iştirak edəcəklərini vurğulayıb.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 808 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 777-si İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info