Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb
Tarix: 09.04.2018 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksək reytinqli verilişlərindən biri olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub. Proqramda Belarus Azərbaycan İcmaları Konqresinin İdarə Heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına məlumat veriblər. Bildirilib ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan ərazisində olan doqquz iqlim qurşağının, flora və faunasının zənginliyinin eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir etdiyi diqqətə çatdırılıb. Azərbaycan kulinariyasının öz tarixinə və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi vurğulanıb, dolma, plov, piti və digər Azərbaycan xörəkləri haqqında geniş danışılıb.
Verilişdə, eyni zamanda Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb. Bu məqsədlə təşkilat vaxtaşırı beynəlxalq kulinariya festivallarında Azərbaycanın təmsilçiliyini dəstəkləyir, Azərbaycan milli mətbəxinə həsr olunmuş verilişlərin yayımını təşkil edir və digər fəaliyyətlər həyata keçirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10866

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info