MSK sədri Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri üçün brifinq keçirib
Tarix: 09.04.2018 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib.
Məzahir Pənahov Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib. O deyib ki, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, prezident seçkilərini 60 beynəlxalq təşkilatdan 890 beynəlxalq müşahidəçi, çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən, həmçinin fərdi qaydada seçkilərin izlənilməsinə qatılan 58 min 175 yerli müşahidəçi izləyəcək. Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və dörd təşkilat qeydə alınıb ki, onların da ikisi öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək. Bunlarla yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılmasını qeyd etmək olar. Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, seçki məntəqəsində olmadan MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə imkan yaradır. MSK başda olmaqla bütün seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə bilərlər. MSK sədri, həmçinin Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info