“Əl-Ərəb”: “Azərbaycanda xarici investisiyalar üçün əlverişli şərait yaradılıb”
Tarix: 09.04.2018 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun bu ölkənin nüfuzlu “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc edilib.
Səfirlikdən verilən məlumata görə, müsahibədə Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat verilib.
Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əlaqələrin arzuolunan səviyyəyə çatmadığını bildirən səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının prioritet olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolları tərəfindən Azərbaycana həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizin turizm potensialının Qətərdən gələn turistlərin sayının artmasında mühüm rol oynadığı qeyd edilib.
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının bu il 100 illiyinin qeyd edildiyini vurğulayıb, bu qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsinin təəssüf doğurduğunu bildirib. O, ərazilərimizin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyon vətəndaşımızın qaçqın vəziyyətində yaşadığını qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info