22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur
Tarix: 09.04.2018 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qubada 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur.
 
Agentlikdən verilən məlumata görə, bu, başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
 
Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədədir.
 
11 yaşayış məntəqəsini əhatə edən Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu boyu zəruri olan yerlərdə torpaq yatağının təmiri və bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirilib, əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb, hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
 
Tikinti layihəsinə uyğun olaraq çiyinlərin bərpası işləri, 240 paqon-metr uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri də yerinə yetirilmiş işlərdəndir. Daha sonra yol boyu 700 ədəd siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd km göstəricisi quraşdırılacaq, 51 km uzunluğunda xətlənmə işləri aparılacaq.
 
11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yol boyunca hazırda torpaq işləri həyata keçirilir, yol yatağının yararsız qruntu qazılıb çıxarılır, qazılmış və genişləndirilmiş hissələrdə yararlı materialla kipləşdirmə işləri aparılır. Bu işlərin həcmi 48 min kubmetr təşkil edir.
 
Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi tikinti norma və standartlarında nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə təqribən 350 min kvadratmetr sahədə yol əsası inşa ediləcək və ardınca 200 min kvadratmetr sahəni əhatə edən həcmdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
 
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18.04.2019
Buğdanın idxalı və satışı, un ilə çörəyin isə istehsalı və satışı 2020-ci ilədək vergidən azad olunub
18.04.2019
Cəbhə zonasında yerləşən raket bölmələrinin döyüş atışlı məşğələləri keçirilib
18.04.2019
Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18.04.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info