Rusiyadan xəbərdarlıq: ABŞ Suriyaya hərbi müdaxilə edə bilər
Tarix: 10.04.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyi Suriyada qanuni hökumətin dəvəti ilə rusiyalı hərbçilərin olduğunu xatırladıb

Suriyanın Şərqi Guta bölgəsində zəhərli qaz bombasının tətbiqi nəticəsində, əsasən, azyaşlı uşaqlardan ibarət 40 nəfər həlak olub. Qərb mətbuatı kimyəvi silahın Bəşər Əsədi dəstəkləyən qüvvələr tərəfindən istifadə edildiyini bildirsə də, Suriya rəsmiləri bunu inkar edirlər. Suriyada davam edən vətəndaş müharibəsində kimyəvi silahdan istifadə olunması BMT-nin Təhlükəsizlik Şurasının üzvləri tərəfindən kəskin tənqid edilib.
Üzv dövlətlər keçirilən toplantıda obyektiv araşdırma aparılmasını tələb edərək xüsusi qətnamə qəbul ediblər. ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib. "RİA Novosti" agentliyinin məlumatına görə, bunu Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb. ABŞ prezidenti Donald Tramp da bəyanat verərək, Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın "vəhşi" Bəşər Əsədə dəstək verdiyini vurğulayan Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Əsəd bunun üçün cavab verəcək: "Təcili olaraq Duma şəhəri tibbi və humanitar yardım üçün açılmalıdır". ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq olunması və 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Silahlıları və ailə üzvlərini daşıyan avtobus karvanı Suriyanın Duma şəhərini tərk edib

Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-a Suriya ilə bağlı xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ik, dumanlı və saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər. Suriya ordusunun xlor qazı və digər zəhərli qazlar tətbiq etməsi ilə bağlı informasiyaların dövriyyəyə buraxıldığını qeyd edən Rusiya Xarici İşlər Nazirliyi Suriyada qanuni hökumətin dəvəti ilə rusiyalı hərbçilərin olduğunu xatırladıb. Bu arada silahlıları və ailə üzvlərini daşıyan avtobus karvanı Suriyanın Duma şəhərini tərk edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ceyş əl-İslam” qruplaşmasının silahlılarının Duma şəhərindən çıxarılmasına başlanılıb. Silahlıları və onların ailə üzvlərini daşıyan ilk avtobuslar Mühəyyam əl Vafedin rayonundakı nəzarət-buraxılış məntəqəsindən keçib” - deyə məlumatda bildirilir. Ümumilikdə şəhərdən 8 000 silahlı və onların 40 minədək ailə üzvlərinin çıxarılması planlaşdırılıb. Rusiya Müdafiə Nazirliyi onu da elan edib ki, İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib. Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur. “Al-Arabiya” telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir. Qeyd edək ki, hadisədən sonra Suriya hökuməti ABŞ-ı ittiham edib. Lakin Pentaqon Suriyaya hər hansı zərbə endirmədiklərini bildirib. Son məlumatlara görə, Suriyada kimyəvi silahdan istifadə olunmaqla hücumun törədilməsinə dair xəbərlər yayıldıqdan sonra doqquz ölkə BMT TŞ-nin iclasının çağırılması tələbini dəstəkləyib. Bu barədə Böyük Britaniyanın daimi nümayəndəliyi “Tvitter” hesabında yazıb. Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada kimyəvi silahdan istifadəyə dair yayılan xəbərləri müzakirə etmək üçün BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info