“Armeniareport”: “Ermənistanın siyasi elitası yalan təbliğat aparır”
Tarix: 10.04.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Rusiya bu gün Azərbaycan və Türkiyə ilə diplomatik və hərbi sahədə əməkdaşlığı inkişaf etdirir”

“Rusiya rəsmi İrəvanın yeganə müttəfiqi kimi qələmə verilsə də, bu, əslində, belə deyil. Ermənistanın "strateji müttəfiqi” hesab olunan Moskva Azərbaycanla da hərbi əməkdaşlığı davam etdirir”. Bu fikirlər Ermənistanın “Armeniareport” saytında yer alıb.
Ermənistanın sabiq müdafiə naziri Vaqharşaq Harutyunyanın Rusiya ilə bağlı açıqlamasını şərh edən sayt yazır ki, keçmiş nazir kimi, erməni siyasi elitasının böyük əksəriyyəti Rusiya ilə bağlı yalan təbliğat apararaq erməni ictimaiyyətini aldatmağa çalışır. Müəllif qeyd edir ki, Rusiya bu gün Azərbaycan və Türkiyə ilə diplomatik, hərbi sahələrdə əməkdaşlığı inkişaf etdirir. Bununla yanaşı, Türkiyə, Gürcüstan və Pakistan Azərbaycanın strateji müttəfiqləridir. Türkiyə Dağlıq Qarabağ münaqişəsi səbəbindən 25 ildir ki, Ermənistanı iqtisadi blokadada saxlayır. Dördgünlük aprel müharibəsini xatırladan erməni jurnalisti yazır ki, hərbi əməliyyatlar Rusiya istehsalı olan silahlarla həyata keçirildi və Ermənistan məğlubiyyətə uğradı. Saytda Azərbaycanın regiondakı digər bir müttəfiqindən də bəhs edilir. Qeyd olunur ki, Gürcüstan Azərbaycanla hərbi sazişlər imzalayıb, eləcə də rəsmi Tbilisi Bakının Dağlıq Qarabağ siyasətini dəstəkləyir. Müəllif Azərbaycan-Pakistan münasibətlərinə də toxunaraq vurğulayır ki, Pakistan müttəfiqlik siyasətinə sadiq qalaraq, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Vaqharşaq Harutyunyanı boşboğaz və yalançı adlandıran müəllif Azərbaycan Ordusunun öz arsenalını İsrail və Rusiya hərbi texnikası ilə doldurduğunu söyləyir. Bütün bu faktların fonunda qeyd olunur ki, siyasi mənzərə Ermənistanın regionda təkləndiyini göstərir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info