“Bu ilin sonuna kimi xarici valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq“
Tarix: 10.04.2018 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov dünən keçirilən mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib. O bildirib ki, bu ilin sonuna kimi xarici valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını qənaətlə istifadə edir: “Büdcəyə transfertlər əhəmiyyətli dərəcədə azalıb. İdxal əhəmiyyətli dərəcədə azalıb. Bu da bizə imkan verir ki, nəzərdə tutulan layihələri yerinə yetirək. Bu ilin üç ayında valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları ötüb. Mövcud bazar konyunkturasından istifadə edərək neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatları artacaq”.

Mərkəzi Bank uçot dərəcəsini 11%-ə endirib
E.Rüstəmov bildirib ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib. O deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib. Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
E.Rüstəmovun sözlərinə görə, mövcud şərtlər dəyişmədiyi təqdirdə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilin sonuna qədər dəyişə bilər. Onun fikrincə, məzənnə gözləntiləri imkan verir ki, getdikcə monetar şərait normallaşsın. “Monetar şəraitin normallaşdırılması pulun həcmi və dəyəri ilə ölçülür. Pulun həcmini biz artırmışıq, birinci rübdə də pul kütləsi 11 faiz artıb. Düşünürük ki, bank sektorunda likvidlik olduğu şəraitdə bu artım optimaldır. Uçot dərəcəsi mövcud şərtlər olduğu təqdirdə azala bilər. Bununla da monetar şəraiti neytral həddə yaxınlaşdıra bilərik”.

AXC-nin 100 illiyi münasibətilə yubiley pul nişanları buraxılacaq
Azərbaycan Mərkəzi Bankı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, o cümlədən Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley pul nişanları buraxacaq. E.Rüstəmovun sözlərinə görə, yubiley sikkələri yubiley mərasiminə qədər ölkəyə gətiriləcək və təqdim olunacaq.

"İstəyirik ki, banklar vəsaitlərini kreditləşməyə yönəltsin"

“Likvidlik səviyyəsi sürətlə artır. Cari ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı pul bazasını 11 faiz artırıb”. E.Rüstəmovun sözlərinə görə, banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər. “İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.
O da vurğulanıb ki, tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırılır: “2017-ci ildə olduğu kimi, bu il də xarici potensialın yüksəlməsi şəraitində xarici sektorda müsbət göstəricilər davam edəcək”.
Onun sözlərinə görə, I rübdə xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft sektoru isə 37 faiz artıb: “Bütün bunlar iqtisadiyyatın şaxələnməsi prosesinin uğurla getdiyini göstərir. Bu ilin üç ayında inflyasiya 4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız 44 milyard dollardan çoxdur. Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq. İnflyasiyanın birrəqəmli həddə düşməsi qeyri-neft sektoru üzrə milli valyutanın məzənnəsinin ucuzlaşmasını göstərir. Ticarət tərəfdaşlarımıza nisbətdə təxminən 33-35 faiz səviyyəsində milli valyutanın ucuzluğu saxlanılır. Bu da əsas ticarət tərəfdaşlarımızla rəqabət üstünlüyümüzü əks etdirir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info