Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Tarix: 10.04.2018 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Azərbaycanın enerji siyasəti barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov ilə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Yuri Sentyurin arasında görüş keçirilib.
Səfirlikdən verilən məlumata görə, görüş zamanı GECF-in hazırkı fəaliyyəti və qarşıya qoyduğu məqsədlər, eləcə də Forum tərəfindən dünya enerji, xüsusən də qaz bazarına dair edilmiş təhlillər və proqnozlar ətrafında fikir mübadiləsi aparılıb. Xəzərin Azərbaycana aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların dünya bazarlarına çıxarılması məqsədilə ölkəmizin təşəbbüskarı olduğu transmilli və qlobal əhəmiyyətli enerji layihələrindən söz açılıb, Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə ölkəmizin verdiyi töhfə barədə məlumat verilib. Baş katib Y.Sentyurin deyib ki, GECF üzv ölkələrində (12 tamhüquqlu üzv ölkə və 7 müşahidəçi qismində üzv ölkə) dünyanın qaz ehtiyatlarının 67 faizi, boru kəmərləri ilə ticarətin 34 faizi, LNG istehsalının isə 85 faizi cəmləşir. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar, tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili Forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. O, dünya əhalisinin əsasən də Asiya və Afrika qitəsində sürətlə artdığını, proqnozlara görə, 2040-ci ilədək 9,2 milyard (hazırkı saydan 1,7 milyard çox) olacağını və orta hesabla adambaşına düşən ümumi daxili məhsulun indiki dövrlə müqayisədə 80 faiz artacağını qeyd edib. Baş katib bu kimi demoqrafıq və sosial-iqtisadi meyillərin enerji tələbatına təsir edəcəyini, 2040-ci ilədək ümumdünya enerji tələbatının 2017-ci illə müqayisədə 29-33 faiz, enerji bazarının bir hissəsi olan qaz tələbatının isə 2040-ci ilədək təxminən 22-26 faiz artacağına güman etdiklərini bildirib. O, 29 may -1 iyun tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransında iştirak üçün Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu
23.01.2019
Bank İsmayıllı filialı üçün işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info