11 km uzunluğunda avtomobil yolu yenidən qurulur 
Tarix: 10.04.2018 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib.
Avtomobil Yolları Dövlət Agentiyindən verilən məlumata görə, bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Birinci Alıcanlı avtomobil yoludur.
Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda yol boyu Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa yolun müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün burda yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında xüsusi qrunt tökülərək inşa edilir, yolun altına borular atılır.
Artıq yolun 5 km-lik hissəsində yol yatağı və yol əsasının inşası aparılaraq yekunlaşdırılıb, qalan hissədə isə davam etdirilir. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yolun çiyin hissələri də dağıldığından hazırda 44 min kv.m sahədə çiyinlərin 12 smqalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. Torpaq işləri 110 min kv.msahəni əhatə edir.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün yolun 4-cü km-də su kanalı üzərində uzunluğu 6,2 metr olan suötürücü qurğunun tikintisi, yolun 5-ci km-də Qarasuçay üzərində yerləşən uzunluğu 105 metr olan mövcud avtomobil körpüsünün isə təmiri işləri aparılır. Bundan başqa yol boyu suların ötürülməsi üçün müxtəlif diametrli 276 paqon-metr 23 ədəd dəmir, həmçinin 108 paqon-metr 9 ədəd dəmir-beton borunun quraşdırılır.
Tikinti layihəsinə uyğun olaraq yolun 66 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 1 ədəd avtobus dayanacağının tikintisi, 290 ədəd siqnal dirəyinin, 86 ədəd yol nişanı v məlumatverici lövhənin quraşdırılması, yolda 33 km uzunluğunda xətlənə işlərinin aparılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info