Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu-Yorkda qeyd edilib
Tarix: 10.04.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bayram tədbiri Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. 200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini xanım Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” ("My way”) Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.

Bayram tədbirini açan Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danışaraq ölkəmizin hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktiki fəaliyyətində onları təmin etdiyini və bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da AXC-ni Azərbaycan tarixində mühüm bir hadisə kimi dəyərləndirərək, onun əhəmiyyətindən danışıblar.
 
Rəsmi çıxışlardan sonra tədbir bədii proqramla davam edib. "Mənim yolum" Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblı, Azərbaycandan dəvət olunmuş müğənni Könül Kərimova, bəstəkar-ifaçı Cabbar Musayev öz repertuarlarındakı musiqilərlə çıxış ediblər.
 
Sonda xanım Lori Luis və Marietta Rozental Könül Kərimovaya, Cabbar Musayevə və Münəvvər Vahabovaya Bruklin şəhərinin meri Erik Adamsın imzası ilə olan mükafatları təqdim ediblər. 




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək
26.06.2019
Böyük Britaniya F35 döyüş təyyarələrini ilk dəfə sınaqdan keçirib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info