Soyuducu alarkən nələri bilmək vacibdir
Tarix: 03.06.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Soyuducu qida və digər tez xarab olan məhsulların ətraf mühit temperaturundan aşağı temperaturda soyutma, dondurulma formasında saxlanmasını təmin edən cihazdır. İndi təkcə evlərdə deyil, həmçinin sənaye və ictimai iaşədə də soyuduculardan geniş istifadə olunur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır.
Məişətdə istifadə etdiyimiz soyuducular iki tipəqida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuduculara və aşağı temperaturlu donduruculara bölünürlər. Eyni zamanda hər iki kameranı özündə kombinasiya edən soyuducular da artıq istehlakçıların ixtiyarına verilir.
Soyuducular aldığı soyuğun həcminə görə üç növdə quruplaşdırılır. Bunlara kompressorlu soyuducu və dondurucular, sorucu və termoelektrik soyuducular aid edilir. Onların içərisində kompressorlu soyuducular daha geniş yayılıb. Bu tip soyuducular güclü təsirə malik olmaları ilə seçilirlər.
Mövcud standartlara uyğun olaraq soyuducuları təyinatı, quraşdırılma üsulu, kameraların sayı, komfortluğu, mürəkkəblik qrupu və digər əlamətlərə görə də qruplaşdırmaq olar.
Soyuducuların texniki göstəricilərinə çəki, kompressorların sayı, səs gücünün korrekt həcmi, ümumi və dondurma kamerasının həcmi, dondurma kamerasında saxlama temperaturunun °C ilə ifadəsi, nominal tətbiq gücü, gündəlik elektroenerji sərfi, dondurulma gücü, elektroenerji olmadıqda dondurulma kamerasında -9°C-yə qədər temperaturun qaldırılma vaxtı, avtomatik əritmə sistemi və s. daxildir.
Soyuducular markalanarkən onların tipi müvafiq olaraq K - kompressorlu, A - absorbsion-diffuziyalı (sorucu), TE - termoelektrik formasında ifadə olunur.
Bildiyiniz kimi, ölkə qanunvericiliyində istehlakçıların satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilib. Yəni istehlakçı soyuducu alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər. Eyni zamanda istehlakçı aldığı soyuducunun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, onun düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb mal olduğuna görə soyuducunu satışa müvafiq qaydada hazırlamalı, satışı zamanı onun yoxlanması üçün müvafiq şərait yaratmalıdır.
Bu məsələlərdə sizdə əminlik formalaşdıqdan sonra birinci növbədə alqı-satqı müqaviləsinin bağlanmasını tələb edin. Yəni satıcıdan malın həmin mağazadan alınması və s. barədə məlumatları təsdiq edən sənədləri alın. Bu gələcəkdə sizin qarşılaşacağınız fors-major hallardan sığortalanmağınız üçün vaacibdir.
Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.
Almış olduğunuz soyuducunu obyektdə bir gün müddətində saxlaya bilərsiniz. Bu müddət, obyekt rəhbərinin razılığı ilə haqqı ödənilməklə artırıla bilər.
Soyuducular ticarət şəbəkələrinə daşınarkən nəqliyyat vasitəsinə şaquli yerləşdirilməli, hər hansı bir zərbədən, təsirdən qorunması üçün qablaşdırılmalıdır. İstismarına zəmanət müddəti 2-3 ildir. Soyuducunun ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur. Hər bir istehlakçı soyuducu alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Əgər hər hansı qanun qozuntularına rast gəlsəniz, dərhal İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info