Şəkidə məktəblilər arasında müayinə aparılıb
Tarix: 10.04.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim və rezidentləri Şəki rayonunda “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində 15-17 yaşlı məktəblilər arasında qalxanabənzər vəzin xəstəliklərinin yayılma tezliyini araşdırmaq üçün müayinələr aparıblar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi Şəki, Quba və Qəbələ bölgələrində gənclər arasında kütləvi dispanzerizasiya aparmaq yolu ilə qalxanabənzər vəzin xəstəliklərinin yayılması səviyyəsinin öyrənilməsi, profilaktik-müalicə tədbirlərinin işlənilməsi, əhali və səhiyyə orqanları üçün praktik-metodik tövsiyələrin hazırlanmasıdır. Bununla yanaşı, patologiyaları vaxtında aşkar etməklə əhali arasında endemik düyünlü urun əmələgəlmə səbəbləri araşdırılacaq, qalxanabənzər vəzin digər xəstəliklərinin profilaktikası aparılacaq, alınan nəticələrə əsaslanaraq bölgə həkimləri üçün profilaktik tövsiyələr veriləcək.
Layihənin rəhbəri Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovun verdiyi məlumata görə, layihə çərçivəsində 100-ə yaxın şagirdin qalxanabənzər vəzinin ultrasəs müayinəsi keçirilib. Müayinə nəticəsində həmin orqanda dəyişiklik aşkar edilən şagirdlərin sidiyində yodun miqdarını müəyyənləşdirmək üçün analiz aparılıb. Müayinə tədbirləri bölgədə endemik ur və yod çatmazlığı dərəcəsinin aşkarlanması üçün səmərəli profilaktik tədbirlərin işlənib hazırlanmasına kömək edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info