Ölkə əhalisinin sayı 13 387 nəfər artıb
Tarix: 10.04.2018 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Yanvar-fevral aylarında Azərbaycanda 8100-ə yaxın nikah qeydə alınıb


Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1% artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub.
 
Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi    47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
 
2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.

Həmçinin komitə bu ilin iki ayında Azərbaycanda qeydə alınan nikahların və boşanmaların sayını da açıqlayıb. Məlumata görə, bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 065 nikah və 2 383 boşanma halları qeydə alınıb. Belə ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info