“AzerGold“ qeyri-neft ixracının genişlənməsinə önəmli töhfələr verir
Tarix: 10.04.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


"AzerGold" QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırıb.
QSC-dən bildiriblər ki, nəticədə "AzerGold" QSC əlvan metalların hasilatını əhəmiyyətli dərəcədə artıraraq qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəsini verib. Ölkəmizin başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq "AzerGold" QSC-nin hədəfi yaxın gələcəkdə bır sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da əhalinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir.
Hazırda "AzerGold" QSC tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir.
Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən Çovdar mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə həyata keçirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə Çovdar yatağından 5-7 kilometr məsafədə yerləşən Ağyoxuş perspektivli qızıl sahəsi aşkarlanıb, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb.
Balakən rayonu ərazisində yerləşən Köhnəmədən sahəsində də geniş tədqiqat və kəşfiyyat işləri həyata keçirilir. Ehtiyatlarının həcminə görə Avropanın ikinci ən böyük yatağı hesab edilən və dünya polimetal yataqlarının ilk onluğuna daxil olan Filizçay yatağı üzrə metallurji testlərin, mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. Filizçay yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin ikinci rübündə hazır ediləcək. Köhnə mədənin digər yatağı - Mazımçay yatağında buruq-qazma işlərinin birinci mərhələsi başa çatdırılıb. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilib. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrası planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artıra bilər.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində 2017-ci ilin dördüncü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanması planlaşdırılır.
2018-ci ildə bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20,000 metrdən çox təşkil edəcək.
"AzerGold" QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur. Geofiziki tədqiqat işləri cəmiyyətin sifarişi ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıq və proqram təminatı vasitəsilə həyata keçirilir ki, bu da məlumatların daha dolğun, düzgün və səmərəli olmasını təmin edir.
Tədqiqat işlərinin uğurla həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, müvafiq yerli və xarici laboratoriyalar, həmçinin dünyanın aparıcı məsləhətçi şirkətləri olan "SRK Consulting" və "Micon International Limited" (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info