Heyke Möckel: “Azərbaycanla Almaniya arasında tibbi turizm üzrə əməkdaşlıq üçün çox geniş imkanlar var”
Tarix: 10.04.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib.  Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, forumda Almaniyanın tibbi turizm üzrə püxtələşmiş mütəxəssisləri iştirak edirlər.
Almaniyanın Azərbaycandakı səfirliyinin iqtisadi attaşesi Heyke Möckel deyib ki, Azərbaycanla Almaniya arasında tibbi turizm üzrə əməkdaşlıq üçün çox geniş imkanlar var. İki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayan attaşe qeyd edib ki, sabah keçiriləcək prezident seçkiləri Azərbaycan üçün önəmli tarixdir. Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvü Malik Kərimov son 25 ildə Almaniyanın Azərbaycan səhiyyəsinə çox böyük dəstək verdiyini bildirib. 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov isə Azərbaycan səhiyyə sahəsində aparılan islahatlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Direktorun sözlərinə görə, ötən il 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstədə endoprotezləşmə əməliyyatı aparılıb: “2017-ci ildə dövlət hesabına 1106 xəstədə - 966 açıq, 140 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 266 uşaqda - 201 acıq, 65 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Son iki ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb”.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə tibbi turizm üzrə Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları barədə danışıb.
Tədbirdə Berlin nümayəndə heyəti təqdimatlarla çıxış edib. Forum müəssisələrin nümayəndələrinin ikitərəfli görüşləri ilə başa çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info