Pakistan Observer: “Azərbaycanda turizm bumu yaşanır”
Tarix: 10.04.2018 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət ayırır.
Bu barədə “Pakistan Observer” qəzetində dərc olunan “Azərbaycanda turizm bumu yaşanır” adlı məqalədə yazılıb. Müəllif qeyd edir ki, ölkədə turizmin inkişafı üçün zərurir təbii və coğrafi potensiala malikdir, sakinlər isə qonaqpərvər və mehribandır: “Turistləri Azərbaycanda Bakı Şirvanşahlar sarayı, Bakı bulvarı, Abşeron yarımadasındakı palçıq vulkanları, atəşpərəstlərin məbədi və digər çoxsaylı görməli yerlər cəlb edə bilər”.
Məqalədə xüsusi diqqət regionlarda yeni turizm infrastrukturunun tikintisinə, tarixi-mədəni abidələrin və qoruqların bərpasına yönəlib. Qeyd olunur ki, turizmin inkişafı ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və məşğulluğun artmasına töhfə verir. Müəllif həmçinin Azərbaycanın müasir memarlığına diqqət ayırıb. Məqalədə xüsusilə qeyd olunur ki, müasir Azərbaycanın və Bakının rəmzi olan Heydər Əliyev Mərkəzində müxtəlif iri sərgilərlə tanış olmaq olar:
“Mərkəzdə yerləşən muzeydə Azərbaycan tarixinin müxtəlif dövrləri ilə tanış olmaq olar. Burada həmçinin Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərinə aid olan vəsaitlər yer alıb. Məsələn, muzeydə qədim sənət nümunələrini, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin işlərini görmək olar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info