Berik İmaşev: “Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görülüb”
Tarix: 10.04.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Berik İmaşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə Berik İmaşev 11 aprel prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi nümayəndə heyətinin üzvləri bu sahədə peşəkarlardan ibarətdir. Bundan əvvəl Rusiyada prezident seçkilərini müşahidə etdiklərini diqqətə çatdıran qonaq ölkəmizdə seçkilərə hazırlıq prosesi ilə tanış olduqlarını bildirib. O deyib ki, Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görülüb. Qazaxıstan MSK-nın sədri müşahidəçilərin seçkilərin nəticələrinə obyektiv rəy verəcəklərini söyləyib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin şəffaf, ədaləti şəkildə keçiriləcəyinə əminliyini ifadə edib, bu istiqamətdə görülən işlər barədə ətrafı məlumat verib. O, prezidentliyə namizədlər üçün təbliğat-təşviqat dövründə bərabər şərait yaradıldığını, bununla bağlı heç bir problemin yaşanmadığını vurğulayıb. Məzahir Pənahov qeyd edib ki, hər bir şəxs səsvermə prosesini MSK-nın veb-saytından onlayn formada heç bir məhdudiyyət olmadan izləyə bilər. MSK sədri seçkiləri izləyəcək beynəlxalq və yerli müşahidəçilər, KİV-lər barədə də məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info