“Bankomatlara kənar müdaxilə yolverilməzdir”
Tarix: 10.04.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Hazırda banklar kimi, bankomatların da təhlükəsizliyi məsələsi vacib amildir. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bankomatlarda təhlükəsizliyin təmin edilməsi və belə hallarda mühafizəçilərin yerinə yetirməli olduğu vəzifələrlə bağlı fikirlərini bildirib. O, bankomata müvafiq bankın nümayəndəsi olmadan kənar müdaxilənin yolverilməz olduğunu bildirib. Ekspert, həmçinin bankomatı soymağa gələn oğruların hər şeyi gözə ala biləcəyini və belə hallarda təhlükələrdən qorunmaq üçün mühafizəçilərin müvafiq qaydalara riayət etməli olduqlarını diqqətə çatdırıb: "Biri var bankomata fiziki müdaxilə etmədən, müəyyən əməliyyatlar aparmaqla oradakı pulu mənimsəmək. Yəni, kibercinayətkarlıq. Belə olduğu təqdirdə, demək bankın təhlükəsizliyində müəyyən nöqsanlar var. Bir də var fiziki olaraq, yəni kəsici-deşici alətlərdən, qaynaq aparatından, laqondadan istifadə edərək bankomat aparatını kəsib, oranı soymaq”. 
Elmar Nurəliyevin sözlərinə görə, bankomatlar qoyularkən onların kənar müdaxilələrdən qorunmasını da nəzərə almaq lazımdır: “Yəni fikir vermisinizsə, bankomatlar əsasən insanların çox olduğu yerlərdə, gecə vaxtlarında da ərazinin işıqlı yerlərində, otellər, ticarət mərkəzləri, mehmanxanalar və s. yerlərdə qoyulur. Bankomatların ərazi ürzə polis bölmələrinə yaxın yerlərdə qoyulması da məqsədəuyğun olardı. Çünki bankomatlarda siqnalizasiya sistemi var ki, hər hansı kənar müdaxilə olarsa, avtomatik olaraq həyacan siqnalı işə düşür və məlumat birbaşa mərkəzə ötürülür. Ona görə də bankomatları soymaq istəyənlərin əsas məqsədi işini görüb, tez ərazidən uzaqlaşmaq olur.
Ticarət mərkəzləri və digər iaşə obyeklərində də bankamatlar var. Oranın mühafizəçisi, yaxud inzibati işçiləri bilməlidirlər ki, bankomatlara kənar müdaxilə yolverilməzdir. Əgər hər hansı dövlət idarəsindən və ya özəl şirkətdən gəlib bankamata baxış keçirmək istəyirlərsə, yaxud texniki xidmət, servis işləri görüləcəksə, mütləq onların yanında bankomatın məxsus olduğu bankın nümayəndəsi də olmalıdır. Əgər kənar müdaxiləni görürsə və orada bankın nümayəndəsi yoxdursa, aidiyyəti üzrə məlumat verməlidir.

Nəzarətçi, yaxud digər işçilər bankomata kənar müdaxilə edəni görərlərsə, bir az həssas yanaşmalıdırlar. Çünki hadisəni törətmək istəyən şəxs hər şeyi gözə alıb. Üzərində göz yaşardıcı qaz balonu, eketroşok aparatı və s. ola bilər və sizə xəsarət yetirər. Dərhal ərazi üzrə hüquq-mühafizə orqanına məlumat vermək və rahat qaçması üçün şəraiti əngəlləmək lazımdır".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info