BANM və EY arasında razılaşma imzalanıb
Tarix: 10.04.2018 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və EY şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti, ali məktəbin tələbələri və əməkdaşları iştirak ediblər.
Tədbirdə ali məktəbin rektoru Elmar Qasımov EY-ın Azərbaycanda audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu və BANM və EY arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Rektor qeyd edib ki, hazırda ali məktəb EY şirkətilə iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri ali məktəbin tələbələrinin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilməsi, digər istiqamət isə BANM-ın Dayanıqlı inkişaf üzrə hesabatının hazırlanmasından ibarətdir.
EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev isə BANM-la əməkdaşlıq etməkdən məmnun olduğunu və tələbələrin EY tərəfindən təşkil olunan təlimlərə böyük maraq göstərmələrindən sevindiyini bildirib.
Tədbirdə EY-ın İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcovanın ali məktəbin 4-cü və 5-ci kurs tələbələrinə keçdiyi İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə üç günlük seminarın sertifikatları öz sahiblərinə təqdim edilib.
Daha sonra BANM-ın rektoru Elmar Qasımov və cənab İlqar Vəliyev iki müəssisə arasında bağlanılan əməkdaşlıq haqqında razılaşmaya imza atıblar.
İmzalama mərasimindən sonra EY-ın Kadrlar şöbəsinin direktor müavini Samirə Şabanova və baş mütəxəssis Vusalə Həsənova tələbələrə EY şirkəti və onun karyera proqramı haqqında ətraflı məlumat verib, onlara CV yazma, effektiv müsahibə üsulları haqqında təqdimat ediblər.
Sonda tələbələr EY şirkətinin əməkdaşlarına onları maraqlandıran suallar ünvanlayıblar.


Nigar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Leyla Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyib
26.08.2019
Azərbaycan Prezidenti İlham Əliyev Allahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edib
26.08.2019
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb
26.08.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info