Turistlər üçün hər yerdə internet imkanı yaradıldı
Tarix: 10.04.2018 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Bakıda bir sıra hotellər turistlərə hər yerdə internetə giriş əldə edə bilmələri üçün portativ 3G/4G Wi-Fi routerləri icarəyə götürməyə imkan verən "WokiFi" xidmətini işə salıb. Bu barədə Trend-ə "Simbrella" şirkətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, layihə "Azərfon" mobil operatoru ("Nar" ticarət markası), Azərbaycan Konqreslər Bürosu ilə birgə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılır.
Hazırda "WokiFi" xidməti "Sultan Inn Boutique Hotel", "Seven Rooms Boutique Hotel", "Sahil Hostel&Hotel", "Boulevard Side Hotel" və "Excelsior Hotel&Spa Baku" hotelləri tərəfindən təqdim olunur.
Şirkətdən bildiriblər ki, turistin sifariş etdiyi paketin dəyəri hoteldə qalmaq dəyərinə daxil edilir: "WokiFi" xidmətinin üstünlüyü ondadır ki, internetə giriş ölkənin istənilən nöqtəsində hər zaman turistin əlinin altındadır. Eyni zamanda hər qurğuya 10-dək şəxs qoşula bilər".




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info