“Ölkənizin sosial-iqtisadi inkişafından məmnunam”
Tarix: 03.06.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Özyeğin Universitetinin təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi” mövzusunda beynəlxalq praktik konfrans keçirildi.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğuladı. Bildirildi ki, ötən illər ərzində dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı kimi kompleks tədbirlər həyata keçirilmiş, sahibkarlara göstərilən xidmətlər elektronlaşdırılıb. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ÜDM-dəki çəkisi 80%-i ötüb. Bu gün Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Samir Vəliyev Azərbaycandakı genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən böyük maraq göstərildiyini qeyd etmiş, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən özəl bölmənin inkişafı sahəsində bir sıra ölkələrlə, o cümlədən Türkiyə ilə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun ölkələrimiz arasında əlaqələrin tarixi köklərə söykəndiyini qeyd etmiş, müxtəlif sahələrdə uğurla inkişaf edən Türkiyə-Azərbaycan əlaqələri barədə məlumat verib.
Türkiyənin Özyeğin Universitetinin rektoru Erhan Erkut ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, iki dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində sahibkarlığın xüsusi rolunu qeyd edib. Erhan Erkut çıxışında sahibkarlığın inkişafı sahəsində Türkiyə təcrübəsi barədə məlumat verərək, bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb.
Konfransda İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfləri və ölkə regionlarında sahibkarlığın inkişafı barədə məlumat verib. Sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev “Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri”, Türkiyənin Özyeğin Universitetinin dosenti Ümit Özlale sahibkarlıq sahəsində Türkiyə təcrübəsi, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov “Biznes tədrisinin inkişaf istiqamətləri”, AZPROMO-nun prezidenti Rüfət Məmmədov “Azərbaycanda ixracın və investisiyaların təşviqində sahibkarlığın rolu”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndəsi Kənan Aslanlı “Kiçik və orta sahibkarlığın inkişafı və ATİB” mövzularında təqdimatlarla çıxış ediblər. Konfrans çərçivəsində Türkiyə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib və sahibkarlığın inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılmış, bu istiqamətdə beynəlxalq təcrübənin, o cümlədən Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info