Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar
Tarix: 10.04.2018 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Fransanın Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Morin Rabb və Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar. Qonaqların universitetdə görməkdən məmnunluğunu ifadə edən Tədris işləri üzrə prorektor Dos. Nigar Hüseynova universitet haqqında ətraflı məlumat verdikdən sonra ikitərəfli əməkdaşlığın qurulmasında tərəf kimi maraqlı olduqlarını qeyd etdi. Eyni zamanda universitet rəhbərliyinə öz təşəkkürlərini bildirən Geosiyasət Universitetinin əməkdaşı Kevin Limoni təmsil etdiyi qurum haqqında məlumat verərək universitetin beynəlxalq münasibətlər, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və geostrategiya sahəsində ixtisaslaşmasından və bu sahə üzrə kadr hazırlığında dünya universitetləri arasında ön sıralarda yer aldığını qeyd etdi. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru s.ü.f.d Səyavuş Qasımov hər iki universitet arasında akademik mobilliyin həyata keçirilməsi, birgə beynəlxalq elmi tədbirlərin təşkili və layihələrin hazırlanması istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb və gələcək perspektivləri yüksək qiymətləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info