Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Tarix: 10.04.2018 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. DİM-dən verilən məlumata görə, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər:
- ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti; müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu).
Sənədlər 2018-ci il 31 may tarixinədək təqdim olunmalıdır.
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların
SİYAHISI
1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.
2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.
3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).
4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).
5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).
6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).
7. “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).
8. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).
9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).
10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).
11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).
12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).
13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).
15. Caz musiqi festivalı (Montre, İsveçrə).
16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).
17. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).
18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
19. “Eurovision” estrada mahnı müsabiqəsi.
20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).
21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).
23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).
24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).
25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).
26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).
27. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).
28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).
29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).
30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info