Astara-Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb
Tarix: 10.04.2018 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Azərbaycan və İran Dəmir Yolları İdarəsi və Gömrük rəhbərliyi müştərək iclas keçirib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranın Astara şəhərində dəmir yolu yükləmə terminalında baş tutan görüşdə Astara (Azərbaycan)- Astara (İran) dəmir yolu layihəsinin son vəziyyəti haqqında müzakirə aparılıb.  
 
Görüşdə İranın Astara şəhərinin meri Yunis Rənckeş, Gilan əyalətinin Gömrüyə nəzarət idarəsinin rəhbəri Əbulqsilm Yusifinejad və Azərbaycanın Dəmir Yolları Cəmiyyətinin  nümayəndələri iştirak edib.
 
Astara şəhərinin meri Y.Rənckeş  Astara-Astara  dəmir yolu layihəsinin önəmindən danışıb: "Bu layihənin icrası üçün ölkə iqtisadiyyatının inkişafına dəstək məqsədilə Astara şəhərində layihənin qarşısında olan bütün maneələrin aradan qaldırılmasına yardım etməyə hazırıq".
 
O bildirib ki, İran hökuməti bu layihənin icrasını dəstəkləyir: "Buna baxmayaraq bəzi kiçik problemlər qalmaqdadır və dövlət orqanları arasında  koordinasiya yoxdur. Bu Astara şəhəri üçün də nəqliyyatın hərəkətində bəzi problemlər yaradır. Ümid edirik ki,  tezliklə problemlər öz həllini tapacaq".
 
Azərbaycan Dəmir Yolları İdarəsinin nümayəndəsi isə bildirib ki,  Astara-Astara dəmir yolu xətinin Rəzvin-Rəşt  dəmir yoluna birləşməsi Şimal-Cənub dəhlizinin əhəmiyyətini artıracaq: "Hazırda Astara – Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb. Çalışırıq ki, İran dövlətinin əməkdaşlığı ilə həm yük terminalının, həm də dəmir yolunun təkmilləşməsi işlərini sürətləndirək.”
 
O bildirib ki, Azərbaycan Astara-Astara dəmir yolunun təkmilləşdirilməsi istiqamətində öhdəliyini qısa zamanda yerinə yetirməyə çalışır.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info