“Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır”
Tarix: 10.04.2018 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konfrans Ümumilli Liderin ideyalarının beynəlxalq miqyasda daha geniş təbliğinə böyük töhfə verir. Heydər Əliyevin həyata keçirdiyi siyasətdə multikultural və tolerant dəyərlər hər zaman diqqət mərkəzində olub. Ümumiyyətlə, tolerantlıq, multikultural dəyərlər yeni terminlər kimi istifadə olunsa da, əslində Azərbaycan xalqının adət-ənənələrində, xarakterində, milli xüsusiyyətlərində əsrlər boyu yaşayıb və bu gün də davam etməkdədir”.
Bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın Azərbaycan Dillər Universitetində baş tutan açılışı zamanı bildirib.
Mübariz Qurbanlı deyib: “Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliği və təşviqində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də çox böyük işlər görüb. Ötən illər ərzində Kamal Abdullayevin rəhbərliyi ilə biz dəfələr müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslarda iştirak etmişik, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə də bu tədbirlərə qatılıb. Bu tədbirlərin coğafiyası olduqca böyükdür, İspaniya, Finlandiya, Avropanın müxtəlif ölkələri, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Ümumiyyətlə, bugünkü dünyamıza nəzər salsaq, bugünkü dünyada gedən prosesləri diqqətlə izləsək, multikulturalizmin nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın şəkildə görə bilərik. Multikulturalizmin alternativi varmı? Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır, dini toqquşmadır. Və biz bu cür toqquşmaları Yaxın Şərqdə görməkdəyik. Multikulturalizm, multikultural dəyərlər, bir-birinə tolerant yanaşma  dövlətlərin, xalqların yaxınlaşmasına çox böyük təsir göstərən amildir. Avropada da multikulturalizmin iflasa uğradığını söyləyənlər var. Multikulturalizm iflasa uğrayırsa, onda belə çıxır ki, ayrı çıxış yolu qalmır, toqquşmadan qaçmaq mümkün deyil. Ancaq biz imkan verməməliyik ki, multikultural dəyərlər iflasa uğrasın. Burada hər kəs öz sözünü deməlidir, burada bütün ölkələrin ictimaiyyəti bir araya gəlməlidir və bütün insanlıq bəşəriyyəti daha böyük təhlükələrdən xilas etmək üçün səfərbər olmalıdır. Ona görə də Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq miqyasda keçiriləcək konfrans çox əhəmiyyətlidir. Bu gün çox mühüm bir tədbirin, konfransın açılışını həyata keçiririk. Bu konfransın davamı böyük coğrafiyanı əhatə edəcək”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info