«News.am»: ”Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi Ermənistana da təsir edəcək”
Tarix: 10.04.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Rusiya hələ də fərdi şəxslər tərəfindən Ermənistana pul köçürmələri edilən ölkələr arasında liderdir. Bu ilin təkcə yanvar-fevral aylarında Ermənistanın bank sistemi vasitəsilə əldə etdiyi ümumi məbləğin, təqribən 54 faizdən çoxu məhz Rusiyadan göndərilən ianələr hesabına formalaşıb.
Ermənistan Mərkəzi Bankının nəşrləri xüsusi pul köçürmələrini, adətən, ABŞ dolları ilə göstərir. Beləliklə, 2015-ci ildə Rusiyadan Ermənistana göndərilən pul köçürmələrindəki azalmanı erməni bankirlər, əsasən, rublun ABŞ dollarına nisbətən kəskin zəifləməsi ilə əlaqələndirirdilər.
Bu ilin yanvar-fevral aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə Rusiyadan Ermənistana göndərilən pulların miqdarında, təxminən 1,6 dəfə azalma müşahidə edilsə də, bu, bir qədər aldadıcı görünür. Belə ki, Ermənistana Rusiyadan göndərilən və erməni banklarında ABŞ dolları kimi qeydə alınan məbləğ rus rubluna çevrilirsə, bu halda vəziyyət dəyişmiş olur. Belə ki, Ermənistana təkcə Rusiyadan göndərilən pulun azalması əvəzinə, demək olar ki, 7 faiz artdığı müşahidə edilir.

Ermənistandan olan miqrantların əsas hissəsinin Rusiyada tikinti və ticarət sektorunda işlədiyini yazan «news.am» saytı Rusiyanın rəsmi statistikasına əsaslanaraq, bu sahələrdə müsbət tendesiyanın nəzərə çarpdığını qeyd edir: ”Digər rəsmi məlumata görə, bu ilin yanvar-fevral aylarında Rusiyada istehsalın fiziki həcmi 3,4, pərakəndə ticarət dövriyyəsinin həcmi isə 10,3 faiz artıb.
Təbii ki, bundan ən çox yararlanan ələbaxım Ermənistan hökumətidir. Qeyd edilməlidir ki, bu ərəfədə Rusiyadan pul köçürmələrinin miqdarı Ermənistanın qonşu ölkəyə ixracatının həcmindən çoxdur. Belə ki, ötən ilin yekunlarına görə, Rusiyadan Ermənistana göndərilən köçürmələrin həcmi Ermənistanın Rusiyaya ixracatının həcmini üstələyib. Müqayisə üçün bildirək ki, bu ilin yanvar-fevral ayları da istisna edilmədən Rusiyadan pul köçürmələrin məbləği təxminən 121 milyon dollar təşkil edibsə, Ermənistandan Rusiyaya göndərilən malların ümumi dəyəri isə cəmi 90 milyon dollardan artıq olmayıb. Xatırladaq ki, bəzi erməni iqtisadçıları vəziyyətin bu cür davam etməsinin Ermənistanın olmayan iqtisadiyyatına yaxşı heç nə vəd etmədiyini bildirirlər.

Qeyd edək ki, son vaxtlar Rusiya və ABŞ arasındakı qarşıdurma güclənməkdədir. Məhz bunun nəticəsidir ki, bir müddət bundan əvvəl ABŞ Rusiyada bir çox fərdi şəxs və təşkilatlara qarşı sanksiyaların siyahısını genişləndirib. Təbii ki, ermənilərin bu istiqamətdəki narahatlıqları da əsassız deyil. Çünki bir müddət bundan əvvəl erməni nəşrlərində ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların kölgəsinin Ermənistandan da yan keçməyəcəyi barədə materiallar yer almışdı. Məsələ bundadır ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiya prosesi bu gün də davam etməkdədir və bunun daha da genişlənə biləcəyi istisna edilmir.
Bu gün bəzi rus ekspertlər qarşı tərəfin sanksiyalarının tezliklə Rusiyanın neft axtarışı və istehsal üçün zəruri olan avadanlıqların yenilənməsi üçün problem yarada biləcəyini də istisna etmirlər. Təbii ki, bu, ilk növbədə yeni neft yataqlarının inkişafına mənfi təsir göstərəcək. Hazırda istismar olunan bəzi sahələrin neft ehtiyatları tükənmək üzrədir və orada köhnəlmiş avadanlıqların dəyişdirilməsinə ehtiyac var.
Təbii ki, belə olan halda Rusiyanın valyuta bazarı yaxın gələcəkdə problemlərlə üzləşə bilər. İstisna deyil ki, bunun acı nəticəsini Ermənistanda Rusiyadan pul gözləyən sadə ermənilər də çəkəcəklər.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info