Bəhreyn Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Tarix: 11.04.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Azərbaycan və Bəhreyn Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.
Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb. Nazir müavini Xələf Xələfov Bəhreyn nümayəndə heyətini salamlayaraq Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X. Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyinin qeyd edərək Azərbaycanın Bəhreyn Krallığı ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Nazir müavini iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib. Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X. Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Görüş əsnasında X. Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini nəzərə çatdırıb. Şeyx Abdullah bin Əhməd Əl Xəlifə isə ətraflı məlumata görə dərin minnətdarlığını bildirib və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib. Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu xüsusda, ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etdiyinin təqdirəlayiq hal olduğunu ifadə edib. Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.
X. Xələfov regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Bəhreynin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb. Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Müxalifətin “mühacir biznesi” qalmaqalı böyüyür
18.11.2019
Müsavatın “mühacir alveri“ ilə bağlı yeni fakt
18.11.2019
ABŞ-ın yəhudi lobbisindən Azərbaycana dəstək
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində
17.11.2019
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info