Azərbaycanda seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənə davam edir
Tarix: 11.04.2018 | Saat: 05:07:00 | E-mail | Çapa göndər


Azərbaycanda MDB-nin müşahidə missiyasına inam hiss olunur. Biz Azərbaycan qanunvericiliyini, Azərbaycanın Seçki Məcəlləsini və ölkə Konstitusiyasının müddəalarını əsas götürürük. Əgər hər hansı nöqsanlar aşkar ediriksə, bunu dərhal deyirik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev söyləyib. O deyib: “Martın sonundan başlayaraq biz Azərbaycanın bir çox bölgələrində olmuşuq. Deyə bilərik ki, çox əsaslı hazırlıq işləri aparılıb və onlar əsasən başa çatdırılıb. Əminik ki, seçkilər yüksək səviyyədə - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə keçiriləcək”.
S.Lebedev diqqətə çatdırıb ki, hər yerdə ciddi iş aparıldığı hiss olunur. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları ilə mükəmməl tədbirlər həyata keçirib. Onlar da, öz növbəsində, məntəqə seçki komissiyalarının üzvləri ilə seminarlar, treninqlər təşkil ediblər. “Biz, MDB ölkələrindən olan müşahidəçilər, bir sıra dairə seçki komissiyalarında olduq, dairə və məntəqə seçki komissiyalarının üzvləri ilə söhbətlər apardıq. Çox yaxşı hazırlıq işlərinin şahidi olduq. Bütün bunlara əsaslanaraq, biz seçkilərin kifayət qədər mütəşəkkil və layiqincə keçəcəyini inamla söyləyə bilərik”, – deyə MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.
Sergey Lebedev qeyd edib ki, məntəqələrin əksəriyyəti məktəblərdə, təhsil müəssisələrində, mədəniyyət evlərində yerləşir. O, sonda deyib: “Əminəm ki, bu, bir növ bayram-əhval ruhiyyəsi yaradacaq. Mən Azərbaycanda dəfələrlə olmuşam və burada seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənənin şahidi olmuşam. Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info