İsa Qəmbər Əli Kərimliyə meydan oxuyur
Tarix: 03.06.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Mais Səfərli: “AXC hakimiyyətinin uğursuzluğa uğramasının çoxsaylı səbəblərindən biri Əli Kərimli, İsa Qəmbər kimi əksliklərin bir-birilərinə qarşı nifrəti olub”

AXCP və Müsavatın bütün seçkilərdə “əzəli” rəqiblər olduğu bəllidir. Bu iki qurumun başçıları olan Əli Kərimli və İsa Qəmbərin bir-birilərinə patoloji, şəxsi nifrətləri olduğu üçün onlar heç vaxt bir mövqedən çıxış edə bilmirlər. Bu şəxslər həmişə, hətta “mehriban düşmən” kimi bir araya gəldikləri qurumlarda belə, antoqonist mövqelərdən çıxış edirlər.
“Milli şura” adlı qurumda baş verən ümumi ziddiyyətlər fonunda AXCP və Müsavat arasındakı ziddiyyətlər bir qədər arxa plana keçsə də, başçılar fürsət düşdükcə bir-birilərini “vurmaqdan” var gücləri ilə yararlanırlar. Bu dəfə isə Müsavat başqanı İsa Qəmbər belə bir fürsətdən yararlanıb. O, mətbuata açıqlamasında bildirib ki, Müsavat Partiyası olaraq seçkilərdə iştirakı həddindən artıq vacib sayırlar: “Bütün siyasi qüvvələri də seçkilərdə boykot əhvali-ruhiyyəsinə qapılmamağa çağırırıq. Kim hesab edirsə, seçkilərdə iştiraka hazırdır, öz namizədliyini irəli sürsün. Kim buna hazır deyilsə, başqa qüvvələrlə birlikdə seçkilərdə iştirak məsələlərini nəzərdən keçirsin”.
Bu açıqlama ilə bağlı haşiyə çıxmaq istəyirik. Belə ki, qarşıdakı prezident seçkiləri ilə bağlı olaraq Müsavat ayrılıqda və demək olar ki bütün müxalifət partiyalarından qabaq öz namizədini elan edib. İsa Qəmbər namizəd kimi irəli sürülüb. O da məlumdur ki, bu seçki İsa Qəmbərin namizəd kimi irəli sürülməsi üçün son şansdır, çünki bundan sonra Qəmbərin partiyada sədrlik limiti bitəcək. Yeni seçilməli olan sədr isə təbii ki, özünü qoyub, Qəmbəri seçkidə namizəd kimi irəli verməzdi. Elə ona görə də Qəmbər Müsavatın çoxdan keçirilməli olan seçkili qurultayını yubadaraq seçkidən sonraya saxladı.
AXCP sədri Əli Kərimli isə bu ərəfədə seçkiyə getmək üçün heç bir resursa və maliyyə imkanlarına malik deyil. Ona görə də Kərimli tez-tez “boykot” sözünü müxtəlif dolayı yollarla ifadə edir, yaxud da hansısa “pullu” partiyaya seçkidə “züy tutmaq” üçün çarpışır. Amma bu partiyanı Kərimli Müsavatla rəqabət və ziddiyyət şəraitində axtarır, təki belə bir partiya ilə Müsavata qarşı dirənsin. İsa Qəmbər də açıqlamasında məhz bu məqama toxunub ki, “boykot” lazım deyil, kim istəyirsə, namizədi ilə iştirak etsin, edə bilmirsə, digər partiyalarla seçkiyə getsin. Burada İsa Qəmbər məhz Əli Kərimlinin bostanına daş atıb və AXCP-nin gücsüz olduğunu, ona görə də seçki ilə bağlı digər variantlara əl atdığını sezdirib.
Bu barədə “Palitra”ya fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli belə qeyd etdi: “Bu partiyalar arasında daimi ziddiyyətlər var və bu ziddiyyətlər partiya sədrlərinin şəxsi hərisliklərindən irəli gəlməklə yeni məcrada və daha qızğınlıqla davam edir. Düşünürəm ki, “milli şura” daxilində vahid namizəd” məsələsində də Kərimli ilə İsa Qəmbər bir-birinə əks mövqelərdə təmsil olunacaqlar. Son 20 ildə bunlar anlaşa bilməyiblərsə, indi heç razılığa gələ bilməyəcəklər. Bir çox sədrlər hesab edirlər ki, bu prezident seçkisi onlar üçün son şansdır. Bu dəfə də uğursuzluğa düçar olsalar, etika və əxlaq xatirinə uzaqlaşıb çıxıb getməlidirlər. Belə bir psixoloji gərginlik isə onların bir-birinə ədavətini daha da artırır”.
Partiya sədri qeyd etdi ki, hələ adıçəkilən iki müxalif şəxs hakimiyyətdə təmsil olunduqları vaxtlarda da həmişə bir-birilərinə qarşı çox zidd mövqedə olublar: “Ümumiyyətlə, AXC hakimiyyətinin uğursuzluğa uğramasının çoxsaylı səbəblərindən biri Əli Kərimli, İsa Qəmbər kimi əksliklərin bir-birilərinə qarşı nifrəti olub. İndiyə qədər isə ziddiyyətlər daha da dərinləşib. Buna görə də onların hansısa qurumlarda “müttəfiq” olmaları ilə bağlı görüntülər illüziyalardır və mahiyyətcə onların daha yaxından bir-birilərini sıradan çıxarmaları effekti verir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info